Yollardakı ölümlərin günahı kimdədir? - Deputat AÇIQLADI

Yollardakı ölümlərin günahı kimdədir? - Deputat AÇIQLADI
13:08 17 Noyabr 2016
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Araz Əlizadə xüsusi maşın nömrələri ilə bağlı iradlarını bildirib. O deyib ki, yol polisləri bəzi hallarda xüsusi maşın nömrələri olan avtomobillərə yaxınlaşmağa qorxurlar. A.Əlizadənin sözlərinə görə, belə hallara son qoyulmadıqca, necə yaxşı yol çəkilir çəkilsin, qəzalar yenə də baş verəcək.

Deputat Elmira Axundova isə A.Əlizadəyə dəstək olaraq bildirib ki, Qarabağ müharibəsində 30 min adam həlak olduğu halda, həmin dövrdən indiyədək 50 min nəfər avtoqəzalarda dünyasını dəyişib. E.Axundova bununla bağlı ayrıca qanun layihəsi hazırlanmasını da təklif edib.

Hazırda belə bir qanun layisənin hazırlanması reallaşa bilərmi?

Publika.az-ın xəbərinə görə, Modern.az-ın bu qəbildən olan sualını Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə cavablandırıb.

O deyib ki, çıxışlarda faktlara və qanuna söykənən fikirlərə üstünlük verilməlidir: “Bu gün Azərbaycanda ictimai-siyasi sabitliyin qorunmasında daha çox hüquq-mühafizə orqanlarına, prokurorluq və polis orqanlarına borcluyuq. Bu gün polis əməkdaşlarını xüsusi nömrəsi olan maşınlara yaxınlaşmağa qorxmaqda günahlandırmaq inandırıcı deyil. O maşınların nömrələrinin ləğv edilməsinin yollardakı avtoqəzalarla heç bir əlaqəsi yoxdur.

Onu da qeyd edim ki, xüsusi maşın nömrələrinin satışı ilə bağlı dedi-qoduların qarşısını almaq üçün qanunvericilikdə 2 il bundan əvvəl dəyişiklik etmişik. Belə nömrələr qanunauyğun şəkildə baha qiymətlərə satılır və hər bir kəs Dövlət Yol Polisinin rəsmi hesabına pul ödəməklə həmin nömrələri əldə edə bilir”.

Ç.Qənizadə həmkarı E. Axundovanın Qarabağ müharibəsi başlanandan bu günə qədər 50 min nəfərin yollarda ölməsi fikri ilə razılaşmayıb: “Statistik rəqəmlərə istinad edərək qeyd etmək istəyirəm ki, 1991-ci ildə 3336 avtonəqliyyat hadisəsi zamanı 1281 nəfər, 2015-ci ildə isə 2220 hadisədə 894 nəfər ölüb.

Onu da nəzərə alaq ki, 1991-ci ildən bu günə kimi ölkəyə 1 milyondan yuxarı avtomobil gətirilib. 1991-ci illə 2015-ci ili müqayisə edərək onu da deyə bilərəm ki, həmin illərdə ölkədəki avtomobillər aşağı sürətli sovet maşınları idi və qəzalar daha çox baş verirdi.

2015-ci ildə isə ölkədəki avtomobillər daha komfortlu və yüksək sürətli olub. Törədilmiş avtoqəzaların sayı isə əvvəlki illərlə müqayisədə dəfələrlə aşağıdır”.

Ç.Qənizadə onu qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən hər il dövlət büdcəsindən yeni yolların çəkilməsi və genişləndirilməsi üçün milyonlarla vəsait ayrılır: “Həmin yollarda rahat və təhlükəsiz hərəkət etmək üçün Milli Məclis tərəfindən bir çox qanunlara əlavə və düzəlişlər edilib, eyni zamanda yeni qanunlar qəbul olunub. Yollarda təhlükəsizliyin təmin edilməsi üçün Dövlət Yol Polisi əməkdaşları gecə-gündüz nəzarət funksiyasını həyata keçirirlər.

Bu gün baş verən qəzalar və ölüm faktına görə biz günahı nə yol polisində, nə də yollarda axtarmalıyıq. Bizə bəxş edilmiş gözəl və rahat yollarda biz sürət həddini aşırıqsa, yol-hərəkət qaydalarına əməl etmiriksə, cinayətkarcasına özünə güvənərək avtomobili idarə ediriksə, bu cür qəzalar həmişə olacaq. Sürücülük vəsiqəsi əldə etmiş hər bir şəxs, sürücülük mədəniyyətinə malik olmalı və buna əməl etməlidir”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Tanınmış aktyor həmkarı ilə evləndi

20 Avqust 2017 14:03

“Belə oynasaq, “Qarabağ”ı keçəcəyik” – Nikolay Boylesen

20 Avqust 2017 13:59

İcarəyə götürdüyü DVD diskin içərisindən pul və məktub çıxdı - FOTO

20 Avqust 2017 13:53

Ağcabədidə "Mercedes" yandı

20 Avqust 2017 13:50

Məşhur yazıçı-aktyor dünyasını dəyişdi

20 Avqust 2017 13:43

"Bizim üçün ən böyük təhlükə standart vəziyyətlərdi" - Əfran İsmayılov

20 Avqust 2017 13:37

Türkiyə ordusundan hava zərbələri

20 Avqust 2017 13:37

Sabah hava necə olacaq?

20 Avqust 2017 13:33

Faytonçu Nazimin günahlandırdığı həkim danışdı: "ONA ƏVVƏLDƏN DEMİŞDİK"

20 Avqust 2017 13:24

93 yaşında öldü, 130 arvadı dul qoydu - FOTO

20 Avqust 2017 13:23

Mərhum aktyor Fuad Əhmədovun doğum günüdür

20 Avqust 2017 13:18

Hitler və alman ordusu barədə İNANILMAZ FAKTLAR - FOTO

20 Avqust 2017 13:08

72 il əvvəl vurulmuş gəminin qalıqları tapıldı

20 Avqust 2017 13:05

Dünya ölkələrində avtobusları belə gözləyirlər - FOTO

20 Avqust 2017 12:58

Azərbaycan Prezidenti Şəmkir rayonuna səfərə gəlib

20 Avqust 2017 12:51

Avropanın ən “seksual çimərliklər”inin SİYAHISI

20 Avqust 2017 12:48

Ozancan baxdı, bəs Dəniz?

20 Avqust 2017 12:47

Bərdədə toy karvanının avtomobili 4 nəfəri vuraraq hadisə yerindən qaçıb: ölən və yaralananlar var

20 Avqust 2017 12:42

Tanınmış müğənninin xanımı alt paltarında...

20 Avqust 2017 12:41

"Uğurlu nəticə ilə qayıdaraq adımızı tarixə yazdırmağa çalışacağıq" - Qara Qarayev

20 Avqust 2017 12:38

Həftənin ilk iş günü üçün HAVA PROQNOZU

20 Avqust 2017 12:29

Ofis həyatını daha sadə edən 20 İXTİRA - FOTO

20 Avqust 2017 12:28

Banqladeşdə baş nazirə qarşı sui-qəsdə cəhd etmiş 10 nəfər edam edilib

20 Avqust 2017 12:27

"Ginnesin Rekordlar Kitabı"na düşən Bakı metrosu haqda

20 Avqust 2017 12:25

"Zirə" Yevlaxda, "Sumqayıt" Qəbələdə imtahan verir - YENİLƏNİR

20 Avqust 2017 12:17

Həftənin ilk gününə olan hava proqnozu

20 Avqust 2017 12:09

Məşhur filmdəki səhnə gerçəkləşdirilib

20 Avqust 2017 11:58

Qurban Qurbanov: “Mahir Mədətova görə narahatam”

20 Avqust 2017 11:53

Türkiyəli aktyor özündən 40 yaş kiçik xanımla evlənir

20 Avqust 2017 11:49

Gədəbəydə Heydər Əliyev Mərkəzinin açılışı olub

20 Avqust 2017 11:47

Kamransız "Mlada Boleslav"ı "kötəklədilər"

20 Avqust 2017 11:47

ABŞ-da 27 nəfər saxlanılıb: Söz azadlığına dəstək mitinqində

20 Avqust 2017 11:43

İraqda 2 gəmi toqquşdu

20 Avqust 2017 11:40

Eddi ilk turda nə etdi?

20 Avqust 2017 11:37

Şahdağ Millli Parkında yanğın

20 Avqust 2017 11:30

Bakıda "KamAZ" və ev yanıb

20 Avqust 2017 11:28

Sabaha olan hava proqnozu açıqlanıb

20 Avqust 2017 11:27

Barselonadakı teraktın təşkilatçısı imam olub

20 Avqust 2017 11:18

46 yaşlı kişi içkidən zəhərlənərək öldü

20 Avqust 2017 11:16

“Kopenhagen”in baş məşqçisi “Qarabağ”dan danışdı

20 Avqust 2017 11:14

Baş nazir terrorçulara xəbərdarlıq etdi

20 Avqust 2017 11:10

Yarımtikilidə ölən kişinin şəxsiyyəti müəyyənləşdi

20 Avqust 2017 11:09

ADƏM və HƏVVA TƏKZİB OLUNUR - MARAQLI FAKTLAR - İnsan nə vaxt və necə yaranıb?

20 Avqust 2017 11:08

Maestro Niyazinin anadan olmasının 105-ci ildönümüdür

20 Avqust 2017 10:58

Hindistanda güclü daşqınlar

20 Avqust 2017 10:54

Surqutdakı terror aktını Artur Hacıyev həyata keçirib

20 Avqust 2017 10:48

Mingəçevirdə tapılmış kişi meyitinin kimliyi məlum olub

20 Avqust 2017 10:42

Fransada terror həyəcanı

20 Avqust 2017 10:39

Xəzərdə batan 2 nəfər xilas edilib

20 Avqust 2017 10:33

Qaradağda "KamAZ" yandı

20 Avqust 2017 10:32