"Vaxtından əvvəl doğuşlar ana və uşaq ölümlərinə səbəb ola bilər"

"Vaxtından əvvəl doğuşlar ana və uşaq ölümlərinə səbəb ola bilər"
13:17 17 Noyabr 2016
81 Ölkə
Ölkə mətbuatı
A- A+

13:12

"Son illər Azərbaycanda tibb sahəsində yüksək texnologi avadanlıqların istifadəsi, süni mayalanma mərkəzlərinin yaradılması, irsi xəstəliklərin tez bir zamanda aşkarlanması ilə əlaqədar diaqnostika yaxşılaşdığından erkən doğuş halları tam olaraq qeydiyyata alınır".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, hamiləliyin ilk günündən həkim nəzarətində olan hamiləliklərdə ana və uşaq ölümlərinə az rast gəlinir: "Xüsusilə uşağı vaxtından əvvəl dünyaya gətirən analar körpələrinin sağlamlıqlarına daim nəzarət etməli, peyvəndlərini vaxtı-vaxtında vurdurmalı, ildə bir dəfə mütləq şəkildə dispanserizasiyadan, dövrü müayinələrdən keçirməli, hər hansı bir xəstəlik olanda o xəstəliyə səhlənkar yanaşmamalıdırlar. Həkimə vaxtında müraciət edərək uşaq tam sağalana qədər onu həkim nəzarətində saxlamalıdırlar".

S.Məmmədova qeyd edib ki, hər cütlük ailə qurmamışdan əvvəl mütləq tibbi müyainələrdən, qadınlar hamilə qaldıqdan sonra isə mütləq qadın məsləhətxanalarında qeydiyyatdan keçməlidirlər.

Baş mama-ginekoloq hamilə qadınlar üçün həkimin təyin etdiyi bütün müayinələrdən keçməyin zəruri olduğunu da söyləyib.

X X X 

"Azərbaycanda hər il gerçəkləşən 2-3 min doğuşun 10 faizi vaxtından əvvəl doğuş olur".
 
APA-nın xəbərinə görə, bunu respublikanın baş mama-ginekoloqu, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri  Sevinc Məmmədova deyib. Vaxtından əvvəl yaşanan doğuşların ana və uşaq ölümlərinə səbəb ola biləcəyini deyən S. Məmmədova  qeyd edib ki, bu da hamiləlikdən öncəki hazırlıqdan asılıdır. Onun sözlərinə görə,  hamiləliyin ilk günündən həkim nəzarətində qadınlarda ana və uşaq ölümlərinə az rastlanır.
 
Erkən doğuşların səbəblərinin müxtəlif olduğunu deyən S. Məmmədova bildirib ki, əsas səbəblərdən biri hamiləliyə düzgün nəzarət olunmamasıdır: "İkinci səbəb hamiləlikdən əvvəl ananın səhhətindəki problemlər, üçüncü qrup səbəblər isə hamiləlik vaxtı meydana gələn problemlərdir. Son illər Azərbaycanda yüksək texnologiyanı istifadəsi,  süni mayalanma mərkəzlərinin meydana gəlməsi, irsi xəstəliklərin tez bir zamandan aşkarlanması ilə əlaqədar diaqnostika yaxşılaşdığından erkən doğuş hallarının qeydiyyatı tam əhatə olunur". 
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR