ATB Beynəlxalq Tələbələr Günü ilə bağlı silsilə tədbirlər keçirib

ATB Beynəlxalq Tələbələr Günü ilə bağlı silsilə tədbirlər keçirib
13:22 17 Noyabr 2016
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Tələbələr Birliyi (ATB)  17 Noyabr – Beynəlxalq Tələbələr Günü ilə bağlı silsilə tədbirlər həyata keçirib.
Birliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əsasən regionlarda yerləşən ali təhsil müəssisələrində tələbələrin iştirakı ilə müxtəlif mövzular ətrafında dəyirmi masalar təşkil edilib.
Bundan başqa, ATB Beynəlxalq Tələbələr Günü ərəfəsində üzv olduğu Avropa Gənclərinin Mobillik Şəbəkəsi çərçivəsində müxtəlif ölkələrdən olan gənclər təşkilatları ilə birgə tələbə mübadiləsi proqramına start verib. Proqram çərçivəsində Azərbaycanda müxtəlif ali və orta-ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr xarici ölkələrdə təşkil olunan təlim və seminarlarda, habelə, təcrübə kurslarında ölkəmizi təmsil etmək şansı qazanacaqlar.
17 Noyabr – Beynəlxalq Tələbələr Günü və yeni başlanılan tələbə mübadiləsi proqramı ilə bağlı ATB sədri Elvin Aslanov xatırladıb ki, “Beynəlxalq Tələbələr Gününün tarixi 1939-cu ildən başlayır: "Bu tarix faşist qüvvələrinin dinc şəkildə öz etirazlarını bildirən tələbələri qətlə yetirməsi ilə bağlıdır. Təsadüfi deyil ki, bütün dünyada olduğu kimi məhz Azərbaycanda da tələbələr ölkəmizin müstəqillik qazanmasında əvəzsiz rol oynayıblar. Məhz 17 noyabr tarixinə təsadüf edən Milli Dirçəliş Günündən başlayan Milli Azadlıq Hərəkatında, daha sonra Qarabağ döyüşlərində tələbələrimiz yaxından iştirak ediblər. Hal-hazırda isə tələbələrimiz dünyada gedən informasiya döyüşünün ən aktiv iştirakçılarıdırlar. Onlar ölkəmizin, tariximizin, mədəniyyətimizin dünya ictimaiyyətinə tanıdılmasında əvəzsiz rol oynayırlar. Biz də ATB olaraq bu işin daha effektiv təşkil olunması üçün Avropa Gənclərinin Mobillik Şəbəkəsi çərçivəsində tələbə mübadiləsi proqramına start vermişik. İnanırıq ki, bu proqram tələbələrimizə ölkəmizin tanıdılması, həmçinin, öz bilik və bacarıqlarının artırılması baxımından çox böyük yardımçı olacaq".
ATB sədri Elvin Aslanov bildirib ki, əsas məqsəd bu görüşlərə müxtəlif ictimai-siyasi xadimləri dəvət edərək, tələbələrin bu şəxslərlə aktiv ünsiyyətini təşkil etməkdir. 





Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/atb-beynelxalq-telebeler-gunu-ile-bagli-silsile-tedbirler-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR