Aslan Aslanov: "Dünya informasiya siyasətində Dünya Xəbər Agentlikləri Konqresinin çox mühüm yeri var"

Aslan Aslanov: "Dünya informasiya siyasətində Dünya Xəbər Agentlikləri Konqresinin çox mühüm yeri var"
13:27 17 Noyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dünya informasiya siyasətində Dünya Xəbər Agentlikləri Konqresinin çox mühüm yeri var".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu AZƏRTAC-ın baş direktoru Aslan Aslanov jurnalistlərə deyib.

A.Aslanov deyib ki, dünyanın 7 böyük regional təşkilatı bu konqres ətrafında birləşir:

"İlk dəfə 1956-cı ildə Avropa ölkələri xəbər agentlikləri bir araya gəlib Avropa xəbər agentliklərinin işinin istiqamətləndirilməsi, təcrübə mübadiləsi, idarəetmənin təkmilləşdirilməsi və digər məsələlərin həlli məqsədilə Avropa Ölkələri Xəbər Agentlikləri Alyansını yaradıblar. Bu təcrübə səmərəli olduğu üçün sonradan bu cür təşkilatlar digər regionlarda da yaradılmağa başlandı. UNESCO-nun köməkliyi ilə Ərəb ölkələri İnformasiya Agentlikləri Alyansı yarandı, Afrika ölkələri bir təşkilat yaratdı, Latın Amerikası ölkələri başqa bir təşkilatda birləşdilər. Ancaq 2004-cü ildə bu beynəlxalq təşkilatlar qərara aldılar ki, dünya informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmək üçün üst qurum lazımdır ki, regional təşkilatları öz ətrafında birləşdirsin, təcrübə mübadiləsi daha geniş şəkildə aparılsın və beləliklə də, Dünya Xəbər Agentlikləri Konqresi yaradıldı".

A.Aslanov bildirib ki, ilk konqres 2004-cü ildə Moskvada keçirildi və dünyanın təxminən 60 ölkəsinin xəbər agentlikləri burada təmsil olundu:

"Bu gün konqres dünyanın 100-ə yaxın xəbər agentliklərini öz ətrafında birləşdirir. İndiyə qədər Dünya Xəbər Agentliklərinin bir neçə konqresi keçirilib. Çox sevindirici haldır ki, 2013-cü ildə Ər-Riyadda keçirilən konqresdə biz bir neçə agentlik arasında gizli səsvermə yolu ilə daha çox səs tolpayaraq və 2016-cı ildən 2019-cu ilə qədər konqresə sədrlik etmək hüququ qazanmışıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/490320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR