Trampın qızı Bakıya gəlir

Trampın qızı Bakıya gəlir
13:32 17 Noyabr 2016
1144 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni prezidenti Donald Trampın qızı İvanka Tramp Bakıya gəlir.

Milli.Az  bakipost.az-a istinadən xəbər verir ki, iki il öncə oktyabr ayında Bakıya gələn və atasının adını daşıyan binanın - "Tramp Tover"in tikintisi ilə tanış olan İvanka bu dəfə də elə həmin binaya görə paytaxtımıza təşrif buyuracaq. Prezident qızı Bakının ən prestijli binalarından olan "Tramp Tover"in açılışını edəcək.

O, bu dəfə də Bakıya nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun şəxsi dəvətlisi olaraq gələcək. Bildirilir ki, İvanka Trampın Bakıya səfəri gələn ilə - Novruz bayramından sonraya planlaşdırılır.

Qeyd edək ki, 33 mərtəbəli "Tramp Tover" 72 ultra-lüks nömrədən və 189 qonaq otağından ibarət olacaq. Otel Dubaydakı kimi yelkənli qayıq formasındadır. Bu otelin səhmdarlarından biri Anar Məmmədovdur və tikilini də onun şirkəti həyata keçirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/490316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR