Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı sakini beşəm dünyaya gətirib, körpələrin hamısı tələf olub

Bakı sakini beşəm dünyaya gətirib, körpələrin hamısı tələf olub

Date: 17 November 2016 13:37

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün Respublika Perinetal Mərkəzdə beşəm dünyaya gəlib. Onların hamısı tələf olub.
"Report"un xəbərinə görə, bu barədə respublikanın baş mama-ginekoloqu və mərkəzin direktoru Sevinc Məmmədova məlumat verib.

Direktor bildirib ki, bu, 1991-ci il təvəllüdlü Aysel Əzimzadənin ikinci hamiləliyi olub. "O, noyabrın 11-də kəskin qanaxma ilə mərkəzə gətirilib. Onun qaraciyərindəki problemləri qanına təsir edib. Qadın hazırda mərkəzdə müalicə olunur", - S.Məmmədova əlavə edib.


Tags:  Bakı sakini beşəm dünyaya gətirib körpələrin hamısı tələf olub

RƏYLƏR


Top news