IRNA: "Dünya Xəbər Agentliklərinin V Konqresi mətbuatın inkişafında yeni yollar tapmağa imkan verəcək" - FOTO

IRNA: "Dünya Xəbər Agentliklərinin V Konqresi mətbuatın inkişafında yeni yollar tapmağa imkan verəcək" - FOTO
13:42 17 Noyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dünya Xəbər Agentliklərinin V Konqresinin keçirilməsi kütləvi informasiya vasitələri nümayəndələrinin bir-birini tanımasına imkan verir".

Milli.Az bildirir ki, bu sözləri bu gün Trend-ə İranın IRNA informasiya agentliyinin icraçı direktoru Məhəmməd Hoddadi deyib.

O qeyd edib ki, adətən biz həmkarlarımızla ünsiyyət qurmuruq:

"Biz evdə oturub ətrafda baş verənlərdən xəbəri olmayan insanlara oxşayırıq. Yeni imkanlardan istifadə etmək və çağırışlarla üzləşə bilmək üçün əməkdaşlığı artırmalıyıq. Fikrimcə, Bakıdakı Konqres mətbuatın gələcək inkişafı üçün yeni yollar tapmağa imkan verəcək".

O qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi mətbuatın yeni simasını yaratmağa imkan verir.

M.Haddadi deyib: "Jurnalistikanın peşəkarlığını artırmaq, eləcə də jurnalistlərin bacarıq səviyyəsini yüksəltmək lazımdır. Eyni zamanda, təqdim olunan informasiyanın həcmini genişləndirmək lazımdır. Bu sualları müzakirə etmək üçün imkan yaratdığına görə Azərbaycana minnətdarlığımı bildirirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/490323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR