Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

FES-dən bu gün önəmli açıqlamalar gözlənilir

FES-dən bu gün önəmli açıqlamalar gözlənilir

Date: 17 November 2016 13:42

Bakı. 17 noyabr. REPORT.AZ/ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Cannet Yellenin bu gün, noyabrın 17-də Bakı vaxtı ilə saat 19:00-da ABŞ-ın yeni prezidenti seçildikdən sonra ilk çıxışı gözlənilir. "Report" xəbər verir ki, C.Yellenin bugünkü çıxışında yeni iqtisadi siyasət fonunda uçot dərəcəsinin artırılmasının perspektivləri barədə fikirlər səslənəcək. 
İnvestorlar FES-in açıqlamaları ərəfəsində qızılın alışını, dolların isə satışını artırıblar. ABŞ-ın yeni prezidentinin büdcə stimullaşdırılmasının artırılması qərarı nəticəsində inflyasiyanın sürətlənməsi, bunun da öz növbəsində monetar siyasəti sərtləşdirilməsi gözləntilərinə baxmayaraq, investorlar bir qədər ehtiyatla davranaraq risksiz aktivlərə maraq göstərirlər.
Xatırladaq ki, hazırda qızılın unsiyasının qiyməti 1 228 dollar, USD/EUR məzənnəsi isə 1,0715 təşkil edir.


Tags:  FES-dən bu gün önəmli açıqlamalar gözlənilir

RƏYLƏR


Top news