Akif Çovdarov vəkillərindən imtina etməsi barədə ərizəsini geri götürüb

Akif Çovdarov vəkillərindən imtina etməsi barədə ərizəsini geri götürüb
13:47 17 Noyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+
Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov ötən məhkəmə iclasında vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulovdan imtina etməsi barədə ərizəsini geri götürdüyünü bildirib.
O, bu barədə məhkəməyə müraciət edib. A.Çovdarov onun müdafiəsinə yeni qoşulan Şahin Rəfiyevin də müdafiçi kimi məhkəmədə iştirak etməsini istəyib.
Hazırda poses davam etdirilir.
Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Əməkdar artist hədələdi: "Özünü yığışdır, elə eləmə gəlib səni..."

29 Mart 2017 13:22

Aeroport yolunda avtomobillərin hərəkəti məhdudlaşdırıldı

29 Mart 2017 13:22

Cem Yılmaza qarşı gözlənilməz ittiham

29 Mart 2017 13:22

Sabahın HAVAsı

29 Mart 2017 13:22

Azərbaycanda "körpü bank"lar yaradılacaq

29 Mart 2017 13:19

Sabah hava necə olacaq?

29 Mart 2017 13:18

Təbiətin şıltaqlığı uçuşları iflic etdi - Sərnişinlər didərgin düşüb

29 Mart 2017 13:18

Türkyəli məşhur aktrisa HƏBS EDİLDİ - YALNIŞLIQLA

29 Mart 2017 13:17

Sabah Bakıda 17°, bölgələrdə 23° isti olacaq

29 Mart 2017 13:16

Havalar isinir – PROQNOZ

29 Mart 2017 13:14

ABŞ-ın patrul gəmiləri Qara dənizdə...

29 Mart 2017 13:09

Elza Seyidcahan: “Şeir gecəsi keçirəcəm, tezliklə kitabım da çıxacaq” - MÜSAHİBƏ

29 Mart 2017 13:08

Həbs edilən gözəl qız baxışları ilə "danışdı" - FOTO

29 Mart 2017 13:05

"Heç kim şoka-zada düşməsin, Cavanşirlə uzun illər..."

29 Mart 2017 13:05

Rusiya dövlət başçılarının ən mühüm sənədləri imzaladığı kabinetin İNANILMAZ SİRRİ

29 Mart 2017 13:03

"Neft Daşları" üçün yeni platforma istismara verildi

29 Mart 2017 13:01

Narkotik qaçaqmalçılığının qarşısı alındı

29 Mart 2017 12:59

Aeroport yolunda avtomobillərin hərəkəti qismən məhdudlaşdırıldı

29 Mart 2017 12:59

Aktyorun 8 illik sevgilisi gənc oğlanla kafedə tutuldu - FOTO

29 Mart 2017 12:57

ŞOK: naməlum varlıqlar peyda oldu, burada...

29 Mart 2017 12:56

Aparıcı mini ətək geyindiyini unutdu

29 Mart 2017 12:54

“Ayın o biri üzü”

29 Mart 2017 12:53

Bu yolda hərəkət etməyin

29 Mart 2017 12:53

Almanlar İncirliyə alternativlər tapdılar - SİYAHI

29 Mart 2017 12:53

Dəb ikonası sərgidə

29 Mart 2017 12:49

Teymur Məmmədov Avropa çempionu oldu

29 Mart 2017 12:47

Putin Rusiya hərbçilərinin sayını artırdı

29 Mart 2017 12:47

"Qəbələ"nin hücumçusu darmadağına töhfə verdi

29 Mart 2017 12:47

Moldova millimizlə oyun üçün heyəti açıqladı

29 Mart 2017 12:47

Qriqorçuk İngiltərə çempionu ilə görüş istədi

29 Mart 2017 12:47

Hitler, Xruşşov və Roma Papasını BİRLƏŞDİRƏN MƏQAM

29 Mart 2017 12:43

Aleyna 17 yaşını dostları ilə qeyd etdi - FOTO

29 Mart 2017 12:42

Fransadan gələn cərrah Xankəndində erməniləri pulsuz əməliyyat edir

29 Mart 2017 12:42

Bakının bu magistral yolunda hərəkət məhdudlaşacaq

29 Mart 2017 12:39

Putin Rusiya ordusunun heyətini genişləndirdi

29 Mart 2017 12:38

Sevdadan bahar gülüşlü FOTOSESSİYA

29 Mart 2017 12:37

Saatlarla dezodorantdan istifadə edən 12 yaşlı qız ölüb - FOTO

29 Mart 2017 12:37

"Neftçi" - "Qarabağ" - PROMO VİDEO

29 Mart 2017 12:37

“Thync Relax Pro” dincəlməyə və stressi aradan qaldırmağa kömək edəcək

29 Mart 2017 12:35

Ramin Hacılının evi yandı - FOTOLAR

29 Mart 2017 12:34

"Böyük dayaq" filmi haqqında Amil Xəlildən maraqlı araşdırma - İllər sonra bir İLK

29 Mart 2017 12:33

Dmitri Nazarov: "Bütün Avropa gördü ki..."

29 Mart 2017 12:32

Avtobus sürücüsü 20 yaşlı kar qızı zorladı - "Digər sürücü bizə baxıb gülürdü"

29 Mart 2017 12:32

Ermənilər hərbi təlim keçir - AĞDAMDA

29 Mart 2017 12:29

Canlı yayım zamanı "qar adamı"​ göründü

29 Mart 2017 12:29

Bakıda turistləri Tarix Muzeyinə buraxmadılar - İş günü qapıları bağladılar

29 Mart 2017 12:28

Roza Zərgərlinin qızı kinoya çəkildi - FOTOLENT

29 Mart 2017 12:24

Bankdan 40 milyon çıxarıb "Ferrari" almaq istəyən Dadaşova bacıları saxlanıldı - FOTOLAR

29 Mart 2017 12:23

Bülənt Ərsoy və qaynanası bir arada

29 Mart 2017 12:22

Baş konsulluq atəşə tutuldu - UKRAYNADA

29 Mart 2017 12:19