Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Vaxtından əvvəl doğulanların fəsadsız sağ qalma faizi artır"

"Vaxtından əvvəl doğulanların fəsadsız sağ qalma faizi artır"

Date: 17 November 2016 13:54

"Dünya təcrübəsinə nəzər salsaq, hamiləliyin vaxtından əvvəl sonlanmasının əsas səbəblərindən biri hamiləlik zamanı yaranan infeksiyadır». Lent.az-ın məlumatına görə, bunu respublikanın baş neantoloqu Rüstəm Hüseynov jurnalistlərə açıqlamasında deyib. R.Hüseynovun sözlərinə görə, hər bir anada antenatal dövrdə yaranan problemlər vaxtından əvvəl doğuşun baş verməsinə səbəb ola bilər: "Vaxtından əvvəl doğuş zamanı çox az və ekstremal az çəkili doğulan uşaqların bir neçə faizində gələcəkdə problemlərə rast gəlinir. Belə uşaqlarda sonrakı dövrdə tənəffüs problemləri, kəskin respirator infeksiyalara tez yoluxmaq halları, yaxud əzələ və dayaq, sümük sistemində problemlər olur. Eyni zamanda, nevroloji problemlər də müşahidə olunur. Vaxtında tədbir görülsə, bu faizi kifayət qədər azalda bilirik".

 

8 aylığında doğulan uşaqların 7 aylıqda doğulan uşaqlara nisbətdə yaşamaq şansının daha az olduğunu olduğunu deyən R. Hüseynov qeyd edib ki, 8 aylıq uşaqlarda sinir sistemi daha həssas olur: "Lakin vaxtından çox əvvəl doğulan uşaqlarda sinir sistemi bir o qədər inkişaf etməyib. Bütün dünyada vaxtından əvvəl doğuşlarda itkilər çox olur. Ancaq elmin inkişafı ilə bağlı belə uşaqların fəsadsız sağ qalması faizi də artır. Azərbaycanda sağ qalan vaxtından əvvəl doğulanların sayı ilbəil artır" .

 


Tags:  Vaxtından əvvəl doğulanların fəsadsız sağ qalma faizi artır


RƏYLƏR


Top news