Bakı. 17 noyabr. REPORT.AZ/ Norveç Futbol Federasiyasına yeni baş katib təyin olunub.
"Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifəni Pal Byerketvedt icra edəcək.
O, baş katib postunda Kay-Erik Arstadı əvəzləyib. P.Byerketvedt bundan əvvəl Norveç İnformasiya Agentliyinin baş direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Norveç yığması 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparır.