Pan Gi Mun: "Səhv informasiyaların yayılması münaqişələrə, nifrətə zəmin yaradır"

Pan Gi Mun: "Səhv informasiyaların yayılması münaqişələrə, nifrətə zəmin yaradır"
14:12 17 Noyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu gün Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin bağlanış mərasimi keçirilib".

Milli.Az Trend-ə istinadən bildirir ki, mərasimdə BMT baş katibi Pan Gi Munun müraciəti oxunub.

Müraciətdə söz və ifadə azadlığının qlobal yol xəritəsi üçün vacib olduğu qeyd olunub. Vurğulanıb ki, xəbər agentlikləri informasiyanın yayılmasında mühüm rol oynayır.

Müraciətdə bildirilib ki, internet sayəsində daha çox insanlar informasiya ala bilirlər. Səhv informasiyaların yayılması münaqişələrə, nifrətə zəmin yaradır.

Müraciətdə həmçinin Konqresin yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür ifadə edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/490336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR