Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Məşhur aktrisa 30 milyonluq villasını satışa çıxardı - FOTO

Məşhur aktrisa 30 milyonluq villasını satışa çıxardı - FOTO

Merve nişan üzüyünü çıxardı - FOTO (18 Mart 2017 19:12)
Məşhur villa 8 milyona satılır (17 Mart 2017 07:12)
Fatih Terim villasını satır - Fantastik qiymətə (16 Mart 2017 20:17)

Tarix: 17 Noyabr 2016 14:18

Culiya Roberts və onun əri Daniel Moder Havay adalarında aldıqları villanı heç cürə sata bilmirlər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, villanın başlanğıc qiyməti təxminən 30 milyon dollar təşkil edir. Lakin bu rəqəm oktyabrda 19,5 milyona qədər azaldılıb. İndi isə məlum olub ki, Hollivud ər-arvad şəxsi daşınmaz əmlakının dəyərini yenə də aşağı salıb.

Şayiələr gəzir ki, alıcıları malikanənin çox uzaqda yerləşməsi ürküdür, onun ətrafında əyləncə üçün heç nə yoxdur. Aktrisanın özü isə bu evi 2011-ci ildə 13 milyon dollara alıb. Villanı satmasının səbəbi özünün buraya nadir hallarda gəlməsidir.

Villa 1917-ci ildə inşa olunub və öz individuallığını saxlayıb. Sakit Okeanın sahilində özünə mülk tikdirən evin ilk sahibi şəkər qamışı istehsalı ilə məşğul olan iş adamı olub. Ev beş yataq otağı, açıq terras ilə təchiz olunub, həmçinin qonaq üçün ayrıca otaq nəzərdə tutulub.

Aytən








Teqlər:  Məşhur aktrisa 30 milyonluq villasını satışa çıxardı FOTO



RƏYLƏR


Top xəbərlər