Millət vəkili: "Günah nə polisdədir, nə də yollarda"

Millət vəkili: "Günah nə polisdədir, nə də yollarda"
14:22 17 Noyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Araz Əlizadə xüsusi maşın nömrələri ilə bağlı iradlarını bildirib.

O deyib ki, yol polisləri bəzi hallarda xüsusi maşın nömrələri olan avtomobillərə yaxınlaşmağa qorxurlar. A.Əlizadə deyib ki, belə hallara son qoyulmadıqca, necə yaxşı yol çəkilir çəkilsin, qəzalar yenə də baş verəcək.

Deputat Elmira Axundova isə A.Əlizadəyə dəstək olaraq bildirib ki, Qarabağ müharibəsində 30 min adam həlak olduğu halda, həmin dövrdən indiyədək 50 min nəfər avtoqəzalarda dünyasını dəyişib. E.Axundova bununla bağlı ayrıca qanun layihəsi hazırlanmasını da təklif edib. 

Hazırda belə bir qanun layihəsinin hazırlanması reallaşa bilərmi?

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu qəbildən olan sualı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə cavablandırıb. O deyib ki, çıxışlarda faktlara və qanuna söykənən fikirlərə üstünlük verilməlidir:

"Bu gün Azərbaycanda ictimai-siyasi sabitliyin qorunmasında daha çox hüquq-mühafizə orqanlarına, prokurorluq və polis orqanlarına borcluyuq. Bu gün polis əməkdaşlarını xüsusi nömrəsi olan maşınlara yaxınlaşmağa qorxmaqda günahlandırmaq inandırıcı deyil. O maşınların nömrələrinin ləğv edilməsinin yollardakı avtoqəzalarla heç bir əlaqəsi yoxdur.

Onu da qeyd edim ki, xüsusi maşın nömrələrinin satışı ilə bağlı dedi-qoduların qarşısını almaq üçün qanunvericilikdə 2 il bundan əvvəl dəyişiklik etmişik. Belə nömrələr qanunauyğun şəkildə baha qiymətlərə satılır və hər bir kəs Dövlət Yol Polisinin rəsmi hesabına pul ödəməklə həmin nömrələri əldə edə bilir".

Ç.Qənizadə həmkarı E. Axundovanın Qarabağ müharibəsi başlanandan bu günə qədər 50 min nəfərin yollarda ölməsi fikri ilə razılaşmayıb:

"Statistik rəqəmlərə istinad edərək qeyd etmək istəyirəm ki, 1991-ci ildə 3336 avtonəqliyyat hadisəsi zamanı 1281 nəfər, 2015-ci ildə isə 2220 hadisədə 894 nəfər ölüb. Onu da nəzərə alaq ki, 1991-ci ildən bu günə kimi ölkəyə 1 milyondan yuxarı avtomobil gətirilib. 1991-ci illə 2015-ci ili müqayisə edərək onu da deyə bilərəm ki, həmin illərdə ölkədəki avtomobillər aşağı sürətli sovet maşınları idi və qəzalar daha çox baş verirdi. 2015-ci ildə isə ölkədəki avtomobillər daha komfortlu və yüksək sürətli olub. Törədilmiş avtoqəzaların sayı isə əvvəlki illərlə müqayisədə dəfələrlə aşağıdır".

Ç.Qənizadə onu qeyd edib ki, prezident İlham Əliyev tərəfindən hər il dövlət büdcəsindən yeni yolların çəkilməsi və genişləndirilməsi üçün milyonlarla vəsait ayrılır:

"Həmin yollarda rahat və təhlükəsiz hərəkət etmək üçün Milli Məclis tərəfindən bir çox qanunlara əlavə və düzəlişlər edilib, eyni zamanda yeni qanunlar qəbul olunub.
Yollarda təhlükəsizliyin təmin edilməsi üçün Dövlət Yol Polisi əməkdaşları gecə-gündüz nəzarət funksiyasını həyata keçirirlər. Bu gün baş verən qəzalar və ölüm faktına görə biz günahı nə yol polisində, nə də yollarda axtarmalıyıq. Bizə bəxş edilmiş gözəl və rahat yollarda biz sürət həddini aşırıqsa, yol-hərəkət qaydalarına əməl etmiriksə, cinayətkarcasına özünə güvənərək avtomobili idarə ediriksə, bu cür qəzalar həmişə olacaq. Sürücülük vəsiqəsi əldə etmiş hər bir şəxs, sürücülük mədəniyyətinə malik olmalı və buna əməl etməlidir".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Aydın Əliyev Ağcabədi vətəndaşlarını dinləyəcək

24 İyul 2017 10:48

Yeni sevgili tapan Ebruya keçmiş ərindən xəbərdarlıq: "2 uşaq anası olduğunu unutma" - VİDEO

24 İyul 2017 10:47

Ərdoğan Küveytə səfər etdi

24 İyul 2017 10:46

Tramp düşmənlərinin canına QORXU SALDI: Dünyaya 100 000 tonluq mesaj - FOTO

24 İyul 2017 10:43

Bakıda ərəb turist icarəyə götürdüyü lüks avtomobili bu vəziyyətdə qaytardı - VİDEO

24 İyul 2017 10:42

"Qarabağ"ın yeni transferi Ağdamın işğalından yazdı - FOTO

24 İyul 2017 10:42

Erməni təxribatının qarşısı alınıb, düşmənin atəş nöqtələri susdurulub

24 İyul 2017 10:42

Aydın Əliyev Ağcabədidə vətəndaşları qəbul edəcək

24 İyul 2017 10:39

Erməni təxribatının qarşısı alındı: düşmənin atəş nöqtələri susduruldu

24 İyul 2017 10:37

Azərbaycanda bank rəhbərliyində yeni təyinat

24 İyul 2017 10:37

Kosmik hotel layihəsi təqdim olunub

24 İyul 2017 10:35

Məşhur qadınların bədən ölçüləri: 90-60-90 olan kimdir?

24 İyul 2017 10:35

"Ermənistan öz təxribatına bəraət qazandırmaq istəyir" - NAZİRLİK

24 İyul 2017 10:34

Ermənistanda PARTLAYIŞ: yaralanan var

24 İyul 2017 10:32

Azərbaycan Kiyevdə keçirilən beynəlxalq aviasiya toplatısında iştirak edib

24 İyul 2017 10:32

Bərdədə kişi arvadını və övladlarını yatan yerdə çəkiclə vurub, onlardan biri ölüb

24 İyul 2017 10:32

Müdafiə Nazirliyindən Ermənistana SƏRT REAKSİYA

24 İyul 2017 10:28

Erməni hərbçiləri yaşayış məntəqələrindəki mülki obyektlərə ziyan vurub

24 İyul 2017 10:27

Şəbnəm Tovuzlu yol qaydalarını mahnı oxuya-oxuya pozdu - VİDEO

24 İyul 2017 10:27

Bakı çimərliklərində dəhşətli gün: 3 NƏFƏR ÖLDÜ

24 İyul 2017 10:24

“Azər-Türk Bank”ın Audit Komitəsinə yeni sədr təyin edilib

24 İyul 2017 10:22

Qəbul imtahanında iştirak edə bilməyənlər üçün yeni tarix müəyyənləşdirilib

24 İyul 2017 10:19

Toyunda 4 gəlinlik dəyişən Natavan Həbibi: “Mən sizə salam verəndə...”

24 İyul 2017 10:18

Sevgilisi ilə öpüş görüntüləri yayılan Dənizdən intim əlaqə etirafı - VİDEO

24 İyul 2017 10:17

"Azər-Türk Bank"ın məcmu kapitalının adekvatlığı 40%-i ötüb

24 İyul 2017 10:17

Arda Turan yenidən Super Liqada? - İDDİA

24 İyul 2017 10:17

Dindarlara şad xəbər - "Şəhidlər" məscidinin fəaliyyəti bərpa edildi

24 İyul 2017 10:17

Dünyaca tanınmış “Adizes” İnstitutu “Gilan Holding” əməkdaşları üçün master-klass keçirib

24 İyul 2017 10:14

Yanğına görə imtahan verə bilməyən abituriyentlərə XƏBƏRDARLIQ

24 İyul 2017 10:13

Azərbaycan neftinin qiymətində DƏYİŞİKLİK

24 İyul 2017 10:12

Paytaxtda film kimi qəza - 005 nömrəli "BMW" yolu kəsdi, 6 maşın toqquşdu - FOTO

24 İyul 2017 10:12

Düşmən atəşkəsi 155 dəfə pozub

24 İyul 2017 10:11

Bakıda yaşayış binasında yanğın başlayıb

24 İyul 2017 10:07

Bakı sakini intihar etdi

24 İyul 2017 10:05

Natavan gəlinliyini tənqid edənlərin cavabını verdi

24 İyul 2017 10:05

“Qarabağ”ın dördüncü cəhdi

24 İyul 2017 10:04

Bütün arzularınızın gerçək olmasını istəyirsinizsə, BU RƏSMƏ BAXIN – FOTO

24 İyul 2017 10:03

DİM: Yanğınla əlaqədar imtahanı təxirə salınmış abituriyentlərə güzəşt olmayacaq

24 İyul 2017 10:02

DYP və ETSN “Təmiz hava” aylığı keçirəcək

24 İyul 2017 10:02

65 yaşlı kişi özünü belə öldürdü - BAKIDA

24 İyul 2017 09:59

Bakıda yeni dələduzlar peyda olub

24 İyul 2017 09:59

“Sumqayıt” Türkiyədə darmadağın edildi

24 İyul 2017 09:57

“Qəbələ” Yunanıstanda məşq edir

24 İyul 2017 09:57

Azərbaycan nefti ucuzlaşıb

24 İyul 2017 09:57

Nazarov oynadı, komandası türklərlə bacarmadı

24 İyul 2017 09:57

Azərbaycan İrana nota göndərib

24 İyul 2017 09:52

Məşhur aparıcı: “10 il sekslə məşğul olmasam da, olar” - FOTO

24 İyul 2017 09:48

Ermənilər cəbhədə gərginliyi artırdı

24 İyul 2017 09:47

Bakıda yaşayış BİNASI YANIR

24 İyul 2017 09:43

Manatın MƏZƏNNƏSİ

24 İyul 2017 09:42