Şagirdini zorlamaqda ittiham olunan direktor azadlıqda

Şagirdini zorlamaqda ittiham olunan direktor azadlıqda
14:28 17 Noyabr 2016
502 Ölkə
Ölkə mətbuatı
A- A+

Zərdab rayonunda şagirdini zorlamaqda ittiham olunun məktəb direktoru Ceyhun Tofiqli sərbəts buraxılıb.

Bu barədə AzNews.az-a zorlandığı iddia edilən 11-ci sinif şagirdinin atası, Zərdab rayon Şahhüseynli kənd sakini Rəmzi Abduləliyev bildirib. Ata məsələ ilə bağlı Pespublika Prokurorkuğuna müraciət edəcəyini deyib:

“Onu nə əsasla, hansı qərarla buraxıblar, bilmirəm. Prokurorluğa şikayət ərizəsi yazmışam. Zərdabda işə soyuq yanaşırlar. Direktor hazırda kəndədir.”

R.Abduləliyev qeyd edib ki, 12 yaşlı qızın gələcəyi var:

“Gənc qızın taleyi ilə oynayırlar. Mən bunu belə qoymayacam.”

Bir neçə gün əvvəl Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqli həbs edilib. O, şagirdini zorlamaqda ittiham olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/176298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR