Beşəmlərin anası: "Təki uşaqlar sağ qalsınlar..."

Beşəmlərin anası: "Təki uşaqlar sağ qalsınlar..."
14:32 17 Noyabr 2016
278 Ölkə
Ölkə mətbuatı
A- A+

"İndi ən böyük arzum odur ki, uşaqlarım sağ qalsınlar, yaşasınlar".

Bunu Milli.Az-a açıqlamasında Bakıda beşəm uşaq dünyaya gətirmiş paytaxt sakini Aysel Əzimzadə bildirib.

A.Əzimzadə doğuşdan sonra özünü çox yaxşı hiss etdiyini, analıq hissi yaşamasına çox sevindiyini və hazırda yalnız övladlarının sağ qalmasını istədiyini deyib:

"Bir dənə onu arzulayıram ki, salamat qalsınlar. Uşaqları yalnız doğuş ola-ola görmüşəm. Hamısını. Amma doğuşdan sonra görməmişəm".

Aysel xanım sağ qalarsa, övladlarına hansı adı qoyacağını belə açıqlayıb: "Qızıma anam Tamam xanımın adını qoyacağam. O birilərini isə hələ bilmirəm. Təki sağ qalsınlar, yaşaşınlar".

A.Əzimzadə Perinatal Mərkəzdən və həkimlərindən razılığını bildirib: "Beş uşağı dünyaya gətirmək çox çətin bir şey idi. Amma doktor Zəhra xanıma, baş həkim Sevinc xanıma, bütün kollektivin hamısına təşəkkür edirəm! Hamısı mənə çox yardımçı oldular. Hamısı da doğuşda iştirak ediblər". 

Xatırladaq ki, 1991-ci il təvəllüdlü Bakı şəhər sakini Əzimzadə Aysel bu gün səhər saat 7 radələrində Respublika Perinatal Mərkəzində 4 oğlan, 1 qız olmaqla beşəm dünyaya gətirib. Lakin ananın bu sevinci uzun çəkməyib. Belə ki, uşaqlar doğuşdan qısa müddət sonra tələf olublar. Qeyd edək ki, Aysel Əlizadə bu açıqlamanı verəndə uşaqlarin tələf olmasından xəbərsiz olub.

Ceyhun Ələkbərov

Zərif Nisə


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR