Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Globe Soccer Awards” mükafatını kim alacaq? - NAMİZƏDLƏR

“Globe Soccer Awards” mükafatını kim alacaq? - NAMİZƏDLƏR

Date: 17 November 2016 14:33

“Globe Soccer Awards” mükafatını almağa namizədlərin siyahısı açıqlanıb.

Publika.az xəbər verir ki, siyahıda “Lester”in hücumçusu Ceymi Vardi, “Yuventus”un futbolçusu Qonsalo İqayn, Lionel Messi, Kriştiano Ronaldo, Qaret Beyl və Antuan Qrizmann yer alıblar.

Məşqçilərin siyahısında isə Zinəddin Zidan, Klaudio Ranyeri, Fernando Santuş, Massimliano Alleqri və Unai Emerinin adları var.

İlin ən yaxşı klubu adını qazanmağa isə “Real”, “Lester”, “Sevilya”, “Molde” və “Legiya” namizəddir.

Hakimlərin siyahısında iranlı Alireaz Faqani, qambiyalı Bakari Qassama, argentinalı Nestor Pitana, salvadorlu Xoel Aqilar və ingiltərəli Mark Klattenburq var.

Mükafatlandırma mərasimi dekabrın 27-28-də Dubayda keçiriləcək.


Tags:  Globe Soccer Awards mükafatını kim alacaq NAMİZƏDLƏR


RƏYLƏR


Top news