Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda daha bir ana ölümü

Azərbaycanda daha bir ana ölümü

Date: 17 November 2016 14:34

Bu gün Şamaxı rayonunda doğuş zamanı ana ölümü qeydə alınıb. Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib. Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Artıq hadisə ilə bağlı Doğuşayardım Komissiyasına məlumat daxil olub. Sabah komissiyasının mütəxəssisləri Şamaxıya gedəcək və ana ölümünün baş vermə səbəblərini araşdıracaq.

 

Şamaxı rayon Mərkəzi Xəstəxanasından Lent.az-a fakt təsdiqlənib. Xəstəxanadan bildirilib ki, adı açıqlanmayan həmin qadının ağciyərində problem varmış .

 

Faktla bağlı araşdırma aparılır. 


Tags:  Azərbaycanda ana ölümü


RƏYLƏR


Top news