Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Politoloq: "Donald Tramp erməni lobbisinin ümidlərini doğrultmayacaq"

Politoloq: "Donald Tramp erməni lobbisinin ümidlərini doğrultmayacaq"

Date: 17 November 2016 14:47

Bakı. 17 noyabr. REPORT.AZ/ "Amerikalı məmurlar üçün lobbiçiliyin qadağan edilməsi ehtimalı yeni seçilən prezident Donald Tramp administrasiyasının gələcəkdə mümkün "uotergeytlər"dən və "irangeytlər"dən müdafiə mexanizmi olacaq."
Bunu "Report"a açıqlamasında azərbaycanlı politoloq İlqar Vəlizadə bildirib.
Qeyd edək ki, daha əvvəl AP agentliyi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli şəxslərinə məmur olduqdan sonrakı 5 il ərzində də maliyyə qazancı əldə etmək məqsədilə lobbiçilik fəaliyyəti ilə məşğul olmağı qadağan etməyi planlaşdırdığını xəbər verib. Bundan başqa, hökumətdən ayrılan rəsmilər özlərini zənginləşdirmək üçün belə xidmətlər təklif edə bilməyəcəklər.
"Bu addım, heç şübhəsiz, ABŞ-da dövlət inzibatçılığı təcrübəsində yenilikdir və müəyyən dərəcədə Trampın komandasının sırf özünə sadiq olan adamlardan qurmaq istədiyini göstərir. ABŞ-ın daxili və xarici siyasətdə gözlənilən transformasiyası şəraitində bu amil addımların axarlığını təşkil etmək üçün zəruridir" - İ.Vəlizadə deyib.
Onun sözlərinə görə, opportunistlərin hakimiyyətdəki dəyərini gözəl bilən Trampın özü də müxtəlif administrasiyalarda lobbiçilərin köməyinə müraciət edib və bu təcrübənin zəif nöqtələrini yaxşı bilir.
"O, indi əsasən administrasiyasını gələcəkdə mümkün "uotergeytlər"dən və "irangeytlər"dən müdafiə mexanizmi yaradır. Çünki təcrübəyə əsaslansaq, respublikaçıların administrasiyaları daha çox korrupsiya qalmaqalı ilə üzləşiblər" - ekspert vurğulayıb.
Politoloq bildirib ki, yeni mühitdə lobbiçilər iş metodlarını dəyişiklik üçün ciddi düşünməli olacaqlar.
"Bu, daimi fəaliyyəti ABŞ prezidentinin növbəti aprel ayında "soyqırımı" sözünü işlədib-işlətməyəcəyinə istiqamətlənən qondarma eməni lobbisinə də aiddir. Başqalarının görmədiyi yerlərdə xeyir qazanmağı bacaran Tramp çətin ki, bu dəfə erməni lobbisinin ümidlərini doğrultsun. Türkiyə ilə münasibətlərin kəskinləşməsi onun administrasiyasına baha başa gələ bilər, erməni lobbisinin köməyi ilə qazanılmış qəpik-quruş isə onu aldada bilməz", - deyə İ.Vəlizadə sözlərinə əlavə edib.


Tags:  Politoloq Donald Tramp erməni lobbisinin ümidlərini doğrultmayacaq


RƏYLƏR


Top news