“Həpimiz bir günəşin zərrəsiyiz” adlı tədbir keçiriləcək

“Həpimiz bir günəşin zərrəsiyiz” adlı tədbir keçiriləcək
14:57 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Noyabrın 22-də Abdulla Şaiqin Ev Muzeyində Azərbaycan ədəbiyyatı və incəsənətində multikultural dəyərlərə həsr edilmiş “Həpimiz bir günəşin zərrəsiyiz” adlı tədbir keçiriləcək.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbirə nazirliyin nümayəndələri, şair, tərcüməçi və şərqşünas-alim Nəriman Qasımoğlu, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları dəvət olunub.
Məlumata görə, tədbirin keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ilin yanvar ayında verdiyi sərəncamı əsas tutaraq Azərbaycanda gənclər arasında multikultural dəyərləri təbliğ etməkdir.

Xəbərin orijinal ünvanı: https://report.az/edebiyyat/hepimiz-bir-gunesin-zerresiyiz-adli-tedbir-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR