Ana doğuşdan sonra öldü

Ana doğuşdan sonra öldü
15:05 17 Noyabr 2016
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxı rayonunda ana ölümü qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə ötən gecə baş verib.
 
Artıq hadisə ilə bağlı Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasına məlumat daxil olub. Sabah komissiyanın mütəxəssisləri Şamaxıya gedəcəklər və ölümün səbəbləri yerində  araşdırılacaq. Ana ölümünün dəqiq səbəbləri ictimaiyyətə açıqlanacaq.

Şamaxı rayonunda doğuş zamanı baş verən ana ölümünün ilkin səbəbləri açıqlanıb.
 
Ərçiman kənd sakini, 1996-cı il təvəllüdlü Nuriyeva Qaratel Bəxtiyar qızı təbii doğuşla qız övladı dünyaya gətirib.
 
Doğuşu qəbul edən mama-ginekoloq Nəzakət Abdulrazaqova APA-ya bildirib ki, normal keçən doğuşdan bir sutka sonra qadının vəziyyəti qəflətən pisləşib. Bu zaman aparılan müayinələr zamanı anada qaraciyər sirrozu, HELLP sindromu, kəskin qaraciyər və böyrək çatışmazlığı aşkarlanıb.
 
Həkimin sözlərinə görə, bütün tədbirlərini görülməsinə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb.
  
Bu, qadının ilk hamiləliyi olub.
  
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490353.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR