Hakimlər Komitəsi oyunlara təyinat etməyi unutdu - ŞOK

Hakimlər Komitəsi oyunlara təyinat etməyi unutdu -   ŞOK
15:07 17 Noyabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə futbolunda maraqlı hadisə baş verib. Fanat.Az xəbər verir ki, TFF-nin Hakimlər Komitəsi oyunlara təyinat etməyi unudub.

Belə ki, Super Toto 3-cü liqanın bütün oyunlarına təyinat edilməyib. Məlum olub ki, Hakimlər Komitəsi təyinatları unudub. 

Komitə dünən Bakı vaxtı ilə saat 13.00-da oyunların keçrildiyi şəhərlərə yaxın bölgələrdə yaşayan hakimləri seçib və onlara hansı oyunlara gedəcəkləri barədə məlumat verib. 

Məlumata görə, zamansız gələn təyiantlar hakimləri çətin vəziyyətə salıb. Belə ki, onlar iş yerlərindən icazə almaqda çətinlik çəkiblər.

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-hakimlr-komitsi-oyunlara-tyinat-etmyi-unutdu-t54224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR