İki il Tramp üçün çox çətin keçəcək – Moskvadan PROQNOZ

İki il Tramp üçün çox çətin keçəcək – Moskvadan PROQNOZ
15:08 17 Noyabr 2016
92 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Konqres arasında qarşıdurma ən yaxın iki il ərzində baş verəcək”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitənin başçısı Konstantin Kosaçev deyib.

Onun sözlərinə görə, Konqres üzvləri üçün ABŞ-ın anti-Rusiya xəttinin saxlanılması siyasi mövcudluq məsələsidir.

“Bu həftə Amerika Konqresinin üzvləri seçkilərdən sonra ilk dəfə iş yerlərinə qayıtdılar. Və Trampın qələbəsinə cavab özünü çox gözləmədi”, - deyə komitə sədri bildirib.

Kosaçev xatırladıb ki, Senatın xarici işlər üzrə komitəsinin başçısı Bencamin Kardin Rusiyanın Avropa və Suriyadakı hərəkətlərinə, həmçinin ABŞ-dakı seçkilərə müdaxiləsinə cavab verməyə çağırıb. Kardin həmçinin Rusiyaya qarşı “hərtərəfli” qanun layihəsini təqdim edəcəyinə söz verib.

“Əslində, cavab Rusiyaya qarşı hazırlanmır. Konqres üzvlərinin cavabı Rusiya və Suriya ilə bağlı yeni siyasət vəd edən Trampa qarşı hazırlanır. Təəssüf ki, Amerika Konqresi Trampın gələcək xarici siyasətinin bütün parimetrləri üzrə qırmızı bayraqları yerləşdirmək niyyətindədir. Tramp və Konqres arasında döyüş mütləq olacaq. Konqresdə demək olar ki, Trampın müttəfiqləri yoxdur. Konqressin yenilənməsi yalnız iki ildən sonra baş verəcək. Bu iki il Tramp üçün çox çətin keçəcək”, - Kosaçev yekunlaşdırıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR