Azərbaycan Serbiyaya verdiyi kreditdən 200 mln. avro qazanacaq

Azərbaycan Serbiyaya verdiyi kreditdən 200 mln. avro qazanacaq
15:12 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Serbiyaya avtomagistral çəkilişi üçün verdiyi kreditdən 150-200 mln. avro əlavə gəlir götürəcək.
"Report"un verdiyi xəbərə görə, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında "Azərbaycan və Serbiya hökumətləri arasında 2012-ci il 2 fevral tarixində imzalanmış kredit sazişində dəyişiklik edilməsi barədə 2016-cı il sentyabrın 22-də imzalanmış Sazişin təsdiq edilməsi barədə" qanun layihəsinin müzakirəsində bildirib.
Nazir müavini qeyd edib ki, 15 il müddətində Azərbaycan illik 4%-lə verildiyi bu kredit sayəsində məbləğin 60%-i həcmində əlavə gəlir götürəcək: "Kredit sazişi 2012-ci ilin fevralında imzalanıb ki, həmin dövr üçün də kredit üzrə bu gəlirlilik (4%) yüksək göstərici olub. Bu kreditin verilməsi həmçinin Azərbaycan şirkətlərinin Avropada layihə həyata keçirməsi baxımından müsbət haldır".
S.Babayev bildirib ki, Azərbaycan Serbiyaya bu layihə çərçivəsində verilməsi nəzərdə tutulan 300 mln. avrodan 271 mln. avronu artıq ayırıb. Serbiya isə Azərbaycana indiyədək artıq 40 mln. avronu geri qaytarıb və noyabrın 23-də 15 mln. avro ödəniş edəcək. Bu da o deməkdir ki, ilkin icra müddətində Azərbaycanın gəlirləri 55 mln. avroya çatacaq.
Nazirlik rəsmisi qeyd edib ki, bu layihə kreditin müddətinin deyil, ondan istifadə müddətinin uzadılmasını nəzərdə tutur: "Kreditdən istifadə müddəti 4 ildən 6 ilədək uzadılır. Bu da həmin kreditdən istifadə olunmasında Serbiyadakı hava şəraiti ilə əlaqədar gecikmələrlə əlaqədardır" .

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-serbiyaya-verdiyi-kreditden-200-mln-avro-qazanacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR