Qafqazda ən hündür minarəsi olan 200 yaşlı məscid

Qafqazda ən hündür minarəsi olan 200 yaşlı məscid
15:12 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Balakən. 17 noyabr. REPORT.AZ / Qafqazda ən hündür minarəsi olan məscid Balakəndə yerləşir. Unikal abidənin 200 ilə yaxın yaşı var. 
Balakən rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Xəlifə Mirəliyevin "Report"a verdiyi məlumata görə, rayon ərazisində yerləşən Pəri qalası, Nur məbəd, Katex gözətçi qüllələri ilə yanaşı, Qafqazın ən uca minarəli məscidi də respublika əhəmiyyətli memarlıq abidəsidir: "Ən hündür minarəsi olan məscid 1867-1877-ci illərdə tikilib. Məscidin tikintisinə Qax rayonunun İlisu kəndindən olan usta başlasa da, onun ölümündən sonra minarənin inşasını ustanın şagirdləri başa çatdırıblar. Yerli sakinlər isə minarənin balakənlilər tərəfindən inşa edildiyini deyirlər". 
Muzeyin direktoru əlavə edib ki, hər il Balakən rayonuna gələn turistlərin 90 faizi məscidi ziyarət edir.
Məscidin minarəsinin uzunluğu 45, eni isə 23 metrdir. Məscidin binası çay daşından, minarəsi isə bişmiş kərpicdən inşa edilib. Tikintidə əhəng və yumurta sarısından istifadə olunub ki, bu da indiyə qədər hündür minarənin dayanıqlı qalmasına kömək edib.
"Report" Balakənə ezam olunan müxbirinin Qafqazda ən hündür minarəsi olan məsciddən hazırladığı fotoreportajı təqdim edir.














Xəbərin orijinal ünvanı: https://report.az/multimedia/qafqazda-en-hundur-minaresi-olan-200-yasli-mescid-fotoreportaj

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR