Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Başımda 24 milyon şey var..." deyib qadınları söyən gömrük zabiti qovuldu

"Başımda 24 milyon şey var..." deyib qadınları söyən gömrük zabiti qovuldu

Dövlət büdcəsinə 173 milyon 653,49 min manat köçürülüb (10 Fevral 2017 11:33)

Tarix: 17 Noyabr 2016 15:12

Gömrük postlarından birində ölkəyə gələn Azərbaycan vətəndaşlarına qarşı kobudluq edən, qadın-kişi demədən onları söyən və bağlamalarını alıb yerə tullayan gömrük zabiti işdən qovulub.

Milli.Az bildirir ki, bu barədə virtualaz.org-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən deyilib.

Xatırladaq ki, həmin gömrük zabitinin sərhəd-gömrük keçid məntəqəsində vətəndaşlarla necə davrandığına dair videokadrlar sosial şəbəkələrdə yayılıb. Kadrlara əsasən, həmin zabit İrandan qayıdan vətəndaşlarla heç bir əsas olmadan kobud davranır, onların bağlamalarını alıb yerə atır, özlərini söyür. O, əl çantasını gömrük baxışı üçün təqdim etməyə çalışan qadını əliylə hədələyib deyir: "Kor sənsən. Mənim beynimdə 24 milyon şey var... rüşeym, hüceyrə var, sən həmişə də gedibsən..."

Bu videorolik sosial şəbəkələrdə kəskin tənqidlərə səbəb olub. Dövlət Gömrük Xidmətinin mətbuat xidməti geniş rezonansa səbəb olmuş bu kadrlarla bağlı virtualaz.org-a bildirib ki, həmin əməkdaş Azərbaycanın Gürcüstanla sərhədindəki "Sınıq Körpü" gömrük məntəqəsinin əməkdaşı Kamal Hüseyn oğlu Nəzərovdur. Və o, artıq vəzifədən azad edilib və gömrük orqanlarından xaric olunub.

Milli.Az


Teqlər:  Başımda 24 milyon şey var deyib qadınları söyən gömrük zabiti qovuldu



RƏYLƏR


Top xəbərlər