Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Televiziyaya baxdığı yerdə dünyasını dəyişdi

Televiziyaya baxdığı yerdə dünyasını dəyişdi

Date: 17 November 2016 15:13

Rumıniya yığmasının və İspaniyanın "Atletiko" klubunun sabiq futbolçusu Daniel Prodan vəfat edib.

Publika.az xəbər verir ki, Prodan televizora baxarkən infarkt keçirib.

O, 44 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Daniel Prodan 1996-1998-ci illərdə "Atletiko"da çıxış edib. Madrid klubunun heyətində 34 oyuna çıxan müdafiəçi 4 qol vurub. O, karyerası ərzində Rumıniyanın "Styaua", Şotlandiyanın "Reyncers", İtaliyanın "Messina" klublarında da forma geyinib. Yığmada 54 oyun keçirən D.Prodan 5 qat Rumıniya çempionu, iki dəfə Rumıniya Kuboku və Super Kubokun qalibi, 2 dəfə Şotlandiya çempionu olub.


Tags:  Televiziyaya baxdığı yerdə dünyasını dəyişdi

RƏYLƏR


Top news