Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Kontrabas” festivala gedir - fotolar

“Kontrabas” festivala gedir -  fotolar

Date: 17 November 2016 15:16

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Beynəlxalq festivala hazırlaşır.

Axşam.az-ın məlumatına görə, kollektiv Moldova Respublikasının Kişinyov şəhərində keçirilən kiçik həcmli tamaşaların “MOLDFEST.RAMPA.RU” VIII Beynəlxalq Teatr Festival-laboratoriyasında iştirak edəcək.
 
Teatr kollektivi Moldova, Belarus, Pribaltika, Rusiya, İsrail, Serbiya və digər ölkə teatrlarının iştirak edəcəyi festivalda ölkəmizi Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə təmsil edəcək.

Sözügedən səfər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq.
Festivalın açılış mərasimi noyabrın 21-ə təsadüf edəcək. “Kontrabas” tamaşası noyabrın 24-də Moldova Dövlət Dram Teatrının səhnəsində nümayiş olunacaq.

Festival çərçivəsində aktyor və rejissor sənətinə aid bir sıra treninqlər, ustad dərsləri və tamaşaların müzakirələri də keçiriləcək.


Tags:  Kontrabas festivala gedir fotolar

RƏYLƏR


Top news