Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bülent Korkmaz Bakıya gəlişinin səbəbini açıqlayıb

Bülent Korkmaz Bakıya gəlişinin səbəbini açıqlayıb

Date: 17 November 2016 15:22

Bakı. 17 noyabr. REPORT.AZ/ Türkiyənin əfsanəvi futbolçusu Bülent Korkmaz Bakıya gəlib. Bu barədə "Report"a 48 yaşlı sabiq müdafiəçinin özü məlumat verib. 
O, Azərbaycan paytaxtına dostu ilə birgə gəzməyə gəldiyini bildirib: "Azərbaycanlı dostum İstanbulda mənimlə birgə məşq edir. Onun təklifi ilə Bakıya gəldik. Üç gün ərzində paytaxtınızı gəzəcəyik. Hər hansı klub və ya yığma ilə danışıqlar aparmaq fikrimiz yoxdur. Noyabrın 19-da Bakını tərk edəcəyik". 
Korkmaz 18 sentyabr 2009-cu ildən 22 mart 2010-cu ilədək "Bakı" klubunun baş məşqçisi vəzifəsində çalışıb. Klubun vitse-prezidenti Yaşar Seyidov "Report" açıqlamasında onun Bakıya gəlişindən xəbərdar olduğunu söyləyib: "Bir həftə əvvəl özü mənə zəng etmişdi ki, onu hava limanında qarşılayım. Amma bu gün mənimlə əlaqə saxlayaraq, dostları ilə birgə gəldiyini və qarşılanmasına ehtiyac olmadığını bildirdi. Amma razılaşdıq ki, axşam görüşək". 
Qeyd edək ki, Bülent Korkmaz karyerası ərzində yalnız "Qalatasaray"da (1985 - 2005) forma geyinib. Baş məşqçi qismində isə o, "Bakı"dan əlavə, Türkiyənin "Kayserispor", "Bursaspor", "Gənclərbirliyi", "Qalatasaray", "Karabükspor", "Başakşehir" və "Mersin İdman Yurdu" klublarında çalışıb. 


Tags:  Bülent Korkmaz Bakıya gəlişinin səbəbini açıqlayıb

RƏYLƏR


Top news