"Excelsior Hotel & Spa Baku" otelində Yeni il qabağı moda yarmarkası keçiriləcək

"Excelsior Hotel & Spa Baku" otelində Yeni il qabağı moda yarmarkası keçiriləcək
15:27 17 Noyabr 2016
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 21-də "Excelsior Hotel & Spa Baku" otelinin, FMS Models model agentliyinin, "Baku Fashion Night" təşkilatının təşkilatçılığı və xanım Lyubov Qutorova-Poyrazın rəhbərliyi ilə Bakıda modapərəst qadınlar üçün moda layihəsi çərçivəsində Yeni il qabağı satış yarmarkası keçiriləcək. Yarmarkada Azərbaycan dizaynerlərinin kolleksiyaları nümayiş olunacaq və tədbirdə iştirak edən qonaqlar Yeni il qabağı qarderobları üçün hədiyyələr əldə edə biləcəklər.

Rahat geyinib-soyunma otaqlarının təşkil olunması hər bir modapərəst xanımın dizaynerlərdən istənilən bəyəndiyi obrazı geyinib baxmağa və almağa imkan verəcək. Tədbir Yeni il qabağı əhval ruhiyyəsində, maraqlı proqramla keçiriləcək və heç bir qonaq hədiyyəsiz qalmayacaq.

Layihənin iştirakçıları - əməkdar mədəniyyət xadimi Fəxriyyə Xələfova, dizaynerlər Lalə Ağayeva, Gülüm Əsədullayeva, Günel Behbudova, Günay Quliyeva, Nərgiz Muxtarova brend "by NRGZ", Sehri Rəhimova, Günay Mirzə, Yekaterina Eren, Liana Allahverdiyeva və başqalarıdır. Baku Fashion Night 2014-cü ildən başlayaraq ildə iki dəfə keçirilir. Biletləri "Excelsior Hotel & Spa Baku" otelindən əldə etmək mümkündür. Əlaqə nömrəsi: (012) 496 80 00.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR