Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da dünyanın 4-cü ən böyük neft yatağı kəşf edilib

ABŞ-da dünyanın 4-cü ən böyük neft yatağı kəşf edilib

Date: 17 November 2016 15:37

Bakı. 17 noyabr. REPORT.AZ/ ABŞ-ın Texas ştatının qərbində, Permian hövzəsində "Volfkamp" ("Wolfcamp") adlı sahədə dünyanın 4-cü ən böyük neft yatağı kəşf edilib. "Report"un "Haberler" saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Daxili İşlər Nazirliyinə bağlı Geologiya Araşdırmaları İdarəsi məlumat yayıb.
Məlumata görə, yatağın ehtiyatları 20 mlrd. barel neft, 0,4 trln. kubmetr təbii qaz, 1,6 mlrd. barel qaz kondensatı həcmindədir.
Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanının "Qavar" ("Ghawar") yatağı 75 mlrd. barellə dünyanın ən böyük neft yatağı sayılır. Sonrakı yerləri Küveytin "Burqan" ("Burgan", 65-70 mlrd. barel), S.Ərəbistanının "Səfəniyə" ("Safaniya", 50 mlrd. barel) yataqları tutur. Mütəxəssislər "Volfkamp" yatağını 1 trln. ABŞ dolları həcmində qiymətləndirirlər. 
İngiltərənin BP şirkətinin Dünya Enerji Statistikası İcmalına görə, 2015-ci il yekununda ABŞ 55 mlrd. barel neft ehtiyatı ilə dünyanın ən çox neft ehtiyatına sahib olan 9-cu ölkədir. Hesabata əsasən, Venesuela 301 mlrd. barel neft ehtiyatı ilə birinci, S.Ərəbistanı 267 mlrd. barellə ikinci, Kanada 172 mlrd. barellə üçüncü sırada yer alıb. Sonrakı yerlərdə ilə İran, İraq, Rusiya, Küveyt və BƏƏ qərarlaşıb.


Tags:  ABŞ-da dünyanın 4-cü böyük neft yatağı kəşf edilib

RƏYLƏR


Top news