“Maestro” ilk dəfə bu haqda danışdı: “Təəssüf ki...”

“Maestro” ilk dəfə bu haqda danışdı: “Təəssüf ki...”
15:38 17 Noyabr 2016
63 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya millisinin sabiq futbolçusu Andrea Pirlo "Milan"da çıxış edərkən "Real"dan təklif aldığını xatırlayıb.

Publika.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi İspaniyanın nəhəng klublarında oynamadığı üçün təəssüfləndiyini gizlətməyib.

"İstənilən futbolçu "Real"da oynamaq istəyər. Təəssüf ki, məni oraya və "Barselona"ya buraxmadılar. Amma 10 il ərzində "Milan"da bütün mümkün titulları qazandım. Həmin vaxt Avropanın ən güclü klublarından biri idik. İtaliyanın ən nüfuzlu 3 klubunda forma geyinmişəm".

Pirlo 1998-2001-ci illərdə "İnter", 2001-11-ci illərdə "Milan"ın şərəfini qoruyub. "Maestro" 4 il də "Yuventus"da top qovub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/176305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR