Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çirkli hava Tehranda 412 nəfərin ölümünə səbəb olub

Çirkli hava Tehranda 412 nəfərin ölümünə səbəb olub

Date: 17 November 2016 15:39

Artıq 10 gündən çoxdur ki, Tehranda çirkli hava şəraiti davam edir. 

 

APA-nın Tehran bürosunun məlumatına görə, hava kirliliyini azaltmaq üçün şəhər rəhbərliyi böhran komitəsi yaradıb. Yollarda avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq olunub, bəzi sənaye müəssisələrində iş dayandırılıb, məktəblərdə tətil elan olunub.
 

Tehran Şəhər Şurasından bildirilib ki, oktyabrın 21-dən noyabrın 13-dək Tehranda havanın çirkliliyinə görə ölənlərin sayı 412 nəfərə çatıb. 
 

Dünya Səhiyyə Təşkilatının statistikasına əsasən hava kirliliyi ucbatından İranda hər il 26 min nəfər ölür. İran Səhiyyə Nazirliyi bu səbəbdən təkcə Tehranda hər il 6 min nəfərin öldüyünü açıqlayıb.

 

Tehranda havanın çirklənməsinə səbəb olan başlıca amil nəqliyyat vasitələridir. Şəhərdə əhalinin 40 faizi ictimai nəqliyyatdan istifadə edir, 60 faizi isə öz şəxsi avtomobili ilə hərəkət edir. Tehran planetin ən çirkli şəhərlərinin siyahısında yer alır.




Tags:  Çirkli hava Tehranda 412 nəfərin ölümünə səbəb olub


RƏYLƏR


Top news