Göyçayda güzəştli kredit hesabına logistika mərkəzi tikilir

Göyçayda güzəştli kredit hesabına logistika mərkəzi tikilir
15:42 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair bu gün Göyçay rayonunun Ləkçıplaq kəndində işgüzar forum keçirib.
"Report"a Nazirlikdən verilən xəbərə görə, forumda 80-ə yaxın sahibkar iştirak edib.
İşgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılan “yaşıl market”in, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
Fondun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində 2 145 sahibkara 135,8 mln. manat güzəştli kredit verilib: "Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6 400-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Bugünədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12 700-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 496,4 mln. manat güzəştli kredit verilib".
İşgüzar forum çərçivəsində Göyçay və ətraf rayonlardan olan 47 sahibkara 1,7 mln. manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, quşçuluq, bağçılıq, tara, qənnadı məmulatları və kişmiş, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Göyçayın Şəhadət kəndində güzəştli kredit ayrılan 2 min tonluq logistik mərkəzin fəaliyyətinə və Yalman kəndində logistik mərkəzdə aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib. Ümumilikdə, bugünədək tutumu 333,4 min ton olan 51 logistika mərkəzinin yaradılmasına 162,6 mln. manat güzəştli kredit verilib. Artıq tutumu 294 min ton olan 45 logistika mərkəzi istifadəyə verilib. Bu mərkəzlər əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, istehsal olunan meyvə-tərəvəzin tədarükü, saxlanması və satışı məsələlərinin həllində mühüm rol oynayır.




Xəbərin orijinal ünvanı: https://report.az/biznes/goycayda-guzestli-kreditler-hesabina-logistika-merkezi-tikilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR