"Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsi geri qaytarılıb

"Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsi geri qaytarılıb
15:42 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi ilə bağlı hazırlanmış qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub. 
"Report"un verdiyi xəbərə görə, gərgin keçən müzakirələrin sonunda layihə yenidən araşdırılması üçün geri qaytarılıb.
Dəyişikliklə, 2.0.10-2. maddənin (daşınar əşyanın ipotekasının dövlət qeydiyyatı ilə bağlı maddə) əlavəsi nəzərdə tutulub.
Layihədə daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün dövlət rüsumunun məbləği 10 manat təşkil edəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/dovlet-rusumu-haqqinda-qanuna-deyisiklik-layihesi-geri-qaytarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR