Vergi Məcəlləsinin şikayətə baxılma maddəsi dəyişdirilir

Vergi Məcəlləsinin şikayətə baxılma maddəsi dəyişdirilir
16:07 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Vergilər Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin komitə iclasında müzakirə olunaraq plenar iclasa tövsiyyə olunub.
"Report"un verdiyi xəbərə görə, yenilik vergi orqanlarında şikayətə baxılma ilə bağlı maddəyə dəyişikliyin edilməsini nəzərdə tutur.
Dəyişikliklə "şikayət edilən qərar (akt) və ya hərəkət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmadıqda şikayətə baxan vergi orqanı (vəzifəli şəxsi) onun icrasını tam və ya qismən dayandıra bilər" cümləsində "dayandıra bilər" sözü "dayandırır" sözü ilə əvəz olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/vergi-mecellesinin-sikayete-baxilma-maddesi-deyisdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR