Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səlahəddin Dəmirtaşa 5 il həbs istənildi

Səlahəddin Dəmirtaşa 5 il həbs istənildi

Date: 17 November 2016 16:12

PKK terror təşkilatını təbliğ etdiyinə görə həbs edilən Xalqların Demokratiyası Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaşın ilk məhkəmə iclası keçirilib.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, Adana 2-ci Ağır Cəza Məhkəməsindəki iclasda Dəmirtaşı müdafiə etmək üçün bir neçə vəkil iştirak edib.

Məhəkəmədə iştirakı üçün Ədirnə həbsxanası ilə səs və görüntülü əlaqə yaradılsa da, Dəmirtaş bundan imtina edib və ifadəsi ilə bağlı bəyanat yayacağını bildirib.

Bundan sonra Dəmirtaşın vəkillərindən Vedat Özkan müvəkkili ilə görüşüb, bəyanatı alacağını deyib və bununla bağlı məhkəmənin təxirə salınmasını istəyib.

Hakim vəkilin vəsadətini təmin edib və məhkəmənin növbəti iclasını 10 yanvar tarixinə təyin edib.

Qeyd edək ki, prokuror Dəmirtaşa 5 il həbs cəzasının verilməsini tələb edib.

Milli.Az


Tags:  Səlahəddin Dəmirtaşa il həbs istənildi

RƏYLƏR


Top news