Bülent Korkmaz Bakıya səfərinin səbəbini AÇIQLADI

Bülent Korkmaz Bakıya səfərinin səbəbini   AÇIQLADI
16:17 17 Noyabr 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin əfsanəvi futbolçusu Bülent Korkmaz Bakıya gəlib. Bu barədə "Report"a 48 yaşlı sabiq müdafiəçinin özü məlumat verib. 

O, Azərbaycan paytaxtına dostu ilə birgə gəzməyə gəldiyini bildirib: "Azərbaycanlı dostum İstanbulda mənimlə birgə məşq edir. Onun təklifi ilə Bakıya gəldik. Üç gün ərzində paytaxtınızı gəzəcəyik. Hər hansı klub və ya yığma ilə danışıqlar aparmaq fikrimiz yoxdur. Noyabrın 19-da Bakını tərk edəcəyik". 

Korkmaz 18 sentyabr 2009-cu ildən 22 mart 2010-cu ilədək "Bakı" klubunun baş məşqçisi vəzifəsində çalışıb. Klubun vitse-prezidenti Yaşar Seyidov "Report" açıqlamasında onun Bakıya gəlişindən xəbərdar olduğunu söyləyib: "Bir həftə əvvəl özü mənə zəng etmişdi ki, onu hava limanında qarşılayım. Amma bu gün mənimlə əlaqə saxlayaraq, dostları ilə birgə gəldiyini və qarşılanmasına ehtiyac olmadığını bildirdi. Amma razılaşdıq ki, axşam görüşək". 

Qeyd edək ki, Bülent Korkmaz karyerası ərzində yalnız "Qalatasaray"da (1985 - 2005) forma geyinib. Baş məşqçi qismində isə o, "Bakı"dan əlavə, Türkiyənin "Kayserispor", "Bursaspor", "Gənclərbirliyi", "Qalatasaray", "Karabükspor", "Başakşehir" və "Mersin İdman Yurdu" klublarında çalışıb. 


Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bulent-korkmaz-bakya-sfrinin-sbbini-t54229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR