Ərdoğan: “İŞİD-in yanında Qərb var”

Ərdoğan: “İŞİD-in yanında Qərb var”
16:23 17 Noyabr 2016
80 Dünya
Ölkə mətbuatı
A- A+

“Qərb hazırda İŞİD-in yanındadır. Ələ keçirdiyimiz silahların Qərb mənşəli olduğunu gördük”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistana səfəri çərçivəsində bu ölkənin parlamentində etdiyi çıxışında deyib.

“İŞİD ilə mübarizəmiz davam edir. Bu təşkilatın islamla heç bir əlaqəsi yoxdur. İŞİD-in islama verdiyi zərəri heç kim vermir. Bütün bunlar islam dünyasına qarşı edilir”, - Türkiyə prezidenti vurğulayıb.

Ərdoğan həmçinin Fəthulahçı Terror Təşklatının (FETÖ) bütün ölkələr üçün təhdid olduğunu deyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR