Bakı. 17 noyabr. REPORT.AZ/ Bakı sakinin mənzilində usta işləyən şəxs ev sahibini dəyəri təqribən 70 min manat olan qızıl-zinət əşyasını quldurluq yolu ilə əldə edib.
“Report” un xəbərinə görə, Neftçilər prospekti ev 67 mənzil 21 ünvanında yaşayan 1958-ci il təvəllüdlü Gülşən Rəfiyeva hüquq-mühafizə orqanlarına müraciət edərək evində usta işləyən Kürdəmir rayon sakini 1987-ci il təvəllüdlü Rəşad Ömərov tərəfindən 70 min manat dəyərində qızıl-zinət əşyaları oğurladığını bildirib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.