Türkan Şoray: "Azərbaycanlılar çox istiqanlıdırlar"

Türkan Şoray: "Azərbaycanlılar çox istiqanlıdırlar"
16:32 17 Noyabr 2016
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ "Qardaş, dost ölkə olan Azərbaycanda olmaq mənim üçün çox böyük xoşbəxtlikdir". 
"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin tanınmış aktrisası Türkan Şoray deyib.
Türkiyəli sənətçi bildirib ki, bu, onun Azərbaycana üçüncü səfəridir: "Yenidən Bakıda olmaqdan çox məmnunam. Burada özümü çox rahat, evimdə kimi hiss edirəm. Azərbaycanlılar çox istiqanlıdırlar. Bu münasibəti görmək də insana ayrı zövq verir. Azərbaycanda çox sevildiyimi də təxmin edirəm. Bu da məni inanılmaz sevindirir. Çünki mən də bütün azərbaycanlıları çox sevirəm".

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/turkan-soray-azerbaycanlilar-cox-istiqanlidirlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR