Koreyalılar Messidən də güclü futbolçu yaradacaq

Koreyalılar Messidən də güclü futbolçu yaradacaq
16:38 17 Noyabr 2016
108 İdman
Ölkə mətbuatı
A- A+

Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəhbəri Kim Çen In futbolçuların hazırlığının yüksəldilməsini yaxın gələcəkdə ölkənin prioritet strateji hədəfi olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, indiki məqamda FİFA reytinqində 126-cı pillədə qərarlaşan Şimali Koreya futbol millisi tarixi ərzində cəmi iki dəfə - 1966 və 2010-cu illərdə dünya çempionatlarının final mərhələsində oynayıb.

Pxenyandakı Beynəlxalq futbol məktəbinin müəllimi Yu On deyib: “Futbolçuları elə hazırlayacağıq ki, Messidən də yaxşı olsun. Əvvəlcə Asiyada liderlər sırasına yüksəlməliyik. Daha sonra isə dünya miqyasında lider olacağıq”.

Şimali Koreya millisinin baş məşqçisi Yorn Anderson isə nisbətən real fikirlər irəli sürüb: “KXDR-da Messi səviyyəsində futbolçunun yetişəcəyinə inanmıram. Ancaq Asiya standartlarına görə, güclü oyunçular yetişdirmək mümkündür. Koreyada xeyli istedadlı uşaqlar var. Təəssüf ki, onlar yalnız ölkə daxilində oynayırlar. Belə şərtlərdə güclü futbolçu yetişdirmək çətindir”.

Pərviz Hikmət


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/176312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR