Türkiyənin Rusiyaya yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini XİN-ə təqdim edib

Türkiyənin Rusiyaya yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini XİN-ə təqdim edib
16:42 17 Noyabr 2016
64 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Türkiyənin Rusiyaya yeni təyin olunmuş səfiri Hüseyn Lazip Diriöz etimadnaməsinin surətini Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkova təqdim edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Ankara ilə Moskva arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.
Qeyd edək ki, 60 yaşlı Hüseyin Lazip Diriöz ən təcrübəli türk diplomatlardan biri sayılır. O, 1978-ci ildən Xarici İşlər Nazirliyində çalışıb: əvvəlcə NATO Əməkdaşlıq Departamentinə rəhbərlik edib, ardından İctimaiyyətlə Əlaqələr və Media Departamentinin başçısı olub. H.L.Diriöz 2004-2008-ci illərdə Türkiyənin İordaniyadakı, 2013-cü ildən bəri isə Braziliyadakı səfir vəzifəsində çalışıb.
O, 2014-cü ildən Türkiyənin Rusiyadakı səfirliyinə başçılıq edən Ümit Yardımı əvəz edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyenin-rusiyaya-yeni-teyin-olunmus-sefiri-etimadnamesinin-suretini-xi-n-e-teqdim-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR