Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pranker Poroşenko ilə məzələndi – VİDEO

Pranker Poroşenko ilə məzələndi – VİDEO

Date: 17 November 2016 16:48

Rusiyalı telefon xuliqanı pranker “Vovan” (Vladimir Kuznetsov) “YouTube”dakı kanalında Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon söhbətinin 15 dəqiqəsini yayıb.

Publika.az xəbər verir ki, Kuznetsov özünü Qırğızıstan prezidenti Almazbek Atambayev kimi təqdim edib.

O, söhbətin gedişatında Poroşenkodan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzvlüklə bağlı Kiyevin mövqeyini soruşub. “Rusiyanın aparıcı rol oynadığı MDB-də əməkdaşlıq sağlam düşüncəyə ziddir. Mən hələ ki, birliyin ən ali orqanlarında Ukraynanın təmsilçilik səviyyəsini azaltmışam, təhlükəsizlik sferasında qarşılıqlı əlaqələri dayandırdıq”, - Poroşenko deyib.

Pranker həmçinin Lipetskdə “Roshen” fabrikini qorumaq üçün “öz adamları”nın adına rəsmiləşdirməyi təklif edib. Poroşenko təkliflə razılaşır və deyir ki, danışmaq üçün adamlarını göndərsin.

Siyasətçilərin telefon danışıqları haqqında xəbər noyabrın 2-də Ukrayna prezidentinin mətbuat xidməti tərəfindən dərc edilib. Qeyd edilirdi ki, dövlət başçıları ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə ediblər. Noyabrın 3-də Poroşenkonun rəsmi saytından telefon söhbəti haqqında xəbər yoxa çıxdı.

Qırğızıstan prezidentinin administrasiyası da ölkənin liderlərinin söhbəti haqqında məlumatları təkzib edib. “Bu informasiya mötəbər deyil”, - prezident administrasiyasının xarici siyasət şöbəsinin müdiri Sapar İsakov deyib.

Xatırladaq ki, rusiyalı telefon xuliqanları Vladimir Kuznetsov və Aleksey Stolyarov bu ilin əvvəlində telefon vasitəsilə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı aldadıblar. “Vovan” və “Leksus” kimi tanınan rus prankerləri Ərdoğana zəng vuraraq özlərini Ukrayna baş naziri Arseni Yatsenyuk və prezident Pyotr Poroşenko kimi təqdim ediblər.

İddia olunur ki, telefon xuliqanlarının hiyləsinə aldanan Ərdoğan Poroşenkonu “dəyərli dostum” adlandırıb. “Ukrayna tərəfi” Ərdoğana Rusiya sanksiyalarından əziyyət çəkdikləri üçün birgə fəaliyyət planı cızmağı təklif edir. “Böyük məmnuniyyətlə. Bu mövzuda heç bir şübhəniz olmasın”-deyə Ərdoğan telefonda deyir.

“Vovan” və “Leksus” daha əvvəl digər məşhurlarla - Elton Con, Mixail Saakaşvili, Vitali Klçiko, Arsen Avakovu da telefon zəngləri vasitəsilə aldatmışdı.

Ömər Dağlı


Tags:  Pranker Poroşenko məzələndi VİDEO

RƏYLƏR


Top news