Ərdoğan: "Qərb İslam dinini gözdən salmaq üçün İŞİD-i dəstəkləyir"

Ərdoğan: "Qərb İslam dinini gözdən salmaq üçün İŞİD-i dəstəkləyir"
17:05 17 Noyabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

Qərb ölkələri İslamı gözdən salmaq üçün İŞİD terror qruplaşmasını dəstəkləyir.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistana səfəri çərçivəsində adıçəkilən ölkənin parlamentində çıxış edərkən deyib.

"Biz qətiyyətlə İŞİD-ə qarşı mübarizə aparırıq və mübarizəni davam etdirəcəyik. Bu qruplaşmanın İslam dini ilə heç bir bağlılığı yoxdur. Əslində, İŞİD-dən çox İslama ziyan vuran yoxdur. Dinimizdə adam öldürmək haqqı heç kimə verilmir" - R.T.Ərdoğan bildirib.

Türkiyənin dövlət başçısı İŞİD-in yanında Qərbin dayandığını və İŞİD-in əlində qərb mənşəli silahların olduğunu sübut etdiklərini də vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR