"İlham Mirzəyev professor deyil"

"İlham Mirzəyev professor deyil"
17:17 17 Noyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham MəmmədzadəAPA-ya müsahibə verib.

Milli.Az müsahibəni təqdim edir:

- İlham müəllim, rəhbəri olduğunuz Fəlsəfə İnstitutunun builki fəaliyyətini qısa olaraq necə qiymətləndirirsiniz?
 
- Bu il bizim İnstitut üçün keyfiyyət baxımından əlamətdar il olub. Fəlsəfə İnstitutunda struktur dəyişiklikləri aparılır. Biz yeni və maraqlı mövzular üzərində çalışırıq. Xarici və yerli mərkəzlərlə çox dərin və güclü əlaqələr yarada bilmişik. Misal üçün, bu il bizim alimlərin MDB məkanında, eləcə də bütün dünyada məşhur olan "Voprosı filosofii" ("Fəlsəfə məsələləri") jurnalında məqalələri çap olunub.
 
Azərbaycan prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən, bu il Azərbaycanda "Multikulturalizm ili" elan olunub. "Multikulturalizmin Azərbaycan modeli: fəlsəfi, sosioloji və hüquqi baxış" kitabı da çap olunub ki, kitab çox keyfiyyətlidir. Bizim İnstitut multikulturalizmin təbliğində çox fəal iştirak edir. Multikulturalizm və Azərbaycançılıq ideologiyası bir-birinə çox sıx bağlıdır. Multikulturalizm sahəsində bir neçə beynəlxalq konfrans keçirmişik. Bu konfranslarda həm yerli, həm xarici alimlər çıxış edib. Biz bu sahəni hərtərəfli şəkildə öyrənməyə çalışırıq. Qeyd etməliyəm ki, sabah "Fəlsəfə günü" ilə əlaqədar Sorbon Universitetinin professoru Fransua Jorjon tədbirimizdə iştirak edəcək. Bu hal bizim beynəlxalq əlaqələrimizin yüksək səviyyədə olmasından xəbər verir.
 
- Azərbaycanda elmin, xüsusilə humanitar və ictimai elmlərin hazırkı durumu, inkişaf perspektivi hansı səviyyədədir? 
 
- Akademiyanın Humanitar və İctimai Elmlər bölmələri sürətlə yenilənir. İnstitutlararası münasibətlər çox yaxşıdır. Humanitar və İctimai Elmlər bölmələri həm yerli universitetlərlə, həm də beynəlxalq qurumlarla sıx əlaqə yaradıb. Humanitar və İctimai Elmlər bölmələrində çox keyfiyyətli işlər görülür.
 
- Bu sahədə kadr potensialını qənaətbəxş hesab etmək olarmı və daha yaxşı kadrların yetişdirilməsi üçün əlavə hansı işlər görülə bilər?
 
- İctimai elmlərdə kadr problemi var, biz bu problemlə üzləşirik. Bu da gənclərin müəyyən mənada elmə marağının azalması ilə bağlıdır. Gənclər daha çox menecmentə meyl göstərir və nadir hallarda elmlə məşğul olmaq istəyir. Buna görə də Akif Əlizadə Akademiyaya gənc alimləri dəvət edir, elm festivalları keçirir və s. Akademiyada magistratura təhsili təşkil edilib.
 
- Ancaq bəzi hallarda elmin müxtəlif sahələri üzrə həmin sahəyə aidiyyəti olmayan və ya bu sahəni dərindən bilməyən insanların cəmiyyətə yüksək adlar altında təqdim edilməsi faktları da var. Bunu, ümumilikdə Azərbaycanda elmi fikrin populyarlaşmasına maneçilik törədən amil hesab edirsiniz? 
 
- Cəmiyyətdə elmi adların nüfuzu böyükdür. Ona görə də elmlə məşğul olmayan adamlar istəyir ki, elmi adları olsun. Burada bir növ ziddiyyət əmələ gəlir. Bu tip adamlar elmi ad almaq istəyir, lakin nə alim olmaq üçün potensialı var, nə də olmaq istəmir. Bizdə bu problem var. Bu bir tərəfdən elmin nüfuzundan məlumat verir, o biri tərəfdən isə elmin imicinə zərər vurur. Ona görə də çalışmaq lazımdır ki, elmi adlar yalnız alimlərə verilsin. Buna qarşı tədbirlər görülür. Son vaxtlar belə ad alanların sayı azalıb.
 
- Konkret olaraq sizin İnstitutun keçmiş əməkdaşı İlham Mirzəyev mediada professor, elmlər doktoru kimi təqdim olunur. Bu, doğrudurmu?
 
- İlham Mirzəyev professor deyil. O, psixologiya üzrə elmlər namizədi,  psixoloqdur. Onun özünü professor kimi təqdim etməsi yaxşı hal deyil. Bilirsiniz, ümumən ad, o cümlədən elmi ad şəxsiyyəti ucaltmır, şəxsiyyət adı ucaldır. Əgər hansısa elmi və ya fəxri adı olmayan insan iddia edirsə ki, o bu adın sahibidir, bu özü-özlüyündə sual doğurur. Sualların ən başlıcası isə odur ki, belə addım atan insan nə məqsəd güdür? Bəlkə yüksək adın kölgəsində gizlənərək cəmiyyətdə nüfuz qazanmaq istəyir? Dəqiq deyə bilmərəm. Amma hər halda telekanalda veriliş hazırlayarkən dəvət etdikləri adam barədə dolğun məlumat əldə etməlidirlər. Əks halda veriliş konkret şəxslərin arzuolunmaz reklamına çevrilir.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bu ölkədə fövqəladə vəziyyət müddəti uzadıldı

30 Aprel 2017 07:28

Gədəbəy sakini bir qrup şəxs tərəfindən döyülüb

30 Aprel 2017 07:17

Çində ağır yol qəzası: 12 ölü, 10 yaralı

30 Aprel 2017 07:15

Şou-biznesin plastik əməliyyat etdirən məşhurları

30 Aprel 2017 06:57

Tramp iqlim razılaşmasını tənqid etdi

30 Aprel 2017 06:54

Tayvanda 6 bal gücündə zəlzələ olub

30 Aprel 2017 06:52

Zərdabda qoyun oğruları saxlanıldı

30 Aprel 2017 06:33

Ağ interyerli mənzil - FOTO

30 Aprel 2017 06:32

Tramp: ABŞ NATO ölkələrini müdafiə üçün üzərlərinə düşən payı ödəməyə məcbur edəcək

30 Aprel 2017 06:22

10 000 məmur saxta diploma görə işdən qovuldu

30 Aprel 2017 06:09

400 minlik toyu ilə gündəmə gələn məmur qızının elə FOTOLARI YAYILDI Kİ...

30 Aprel 2017 05:33

Sidneydə taunhaus - FOTO

30 Aprel 2017 05:32

Tramp hakimiyyətdə olduğu ilk 100 günü məhsuldar adlandırıb

30 Aprel 2017 05:22

Hipnoz haqqında qeyri-adi faktlar

30 Aprel 2017 05:13

Stoltenberq: “NATO Türkiyəsiz zəif olacaq"

30 Aprel 2017 05:09

Roma Papası ABŞ prezidenti ilə görüşə hazır olduğunu bildirib

30 Aprel 2017 05:07

Cordan kamera qarşısında - FOTO

30 Aprel 2017 04:32

Tramp Şimali Koreyaya hərbi müdaxilədən danışıb

30 Aprel 2017 04:27

Malidə fövqəladə vəziyyət 6 ay müddətinə uzadılıb

30 Aprel 2017 04:22

Kliçko nokauta düşdü

30 Aprel 2017 04:13

Tibbi yardım təyyarəsi yerə çırpıldı, ölənlər var

30 Aprel 2017 04:09

Türkiyədə "Wikipedia"ya giriş bağlandı

30 Aprel 2017 04:08

Dünyanın ən bahalı limuzinləri

30 Aprel 2017 03:40

Mosulda ABŞ hərbçisi həlak olub

30 Aprel 2017 03:36

Vitali Kliçko Entoni Coşuaya nokautla məğlub olub

30 Aprel 2017 03:32

Mənzildə qara çiçək və ağac - FOTO

30 Aprel 2017 03:32

Coşua Kliçkonu nokaut etdi

30 Aprel 2017 03:24

İranın "GEM" telekanalının prezidenti Türkiyədə qətlə yetirilib

30 Aprel 2017 03:22

Mosulda polislərə hücum edən terrorçular məhv edilıb

30 Aprel 2017 02:49

Çində mağara evi - FOTO

30 Aprel 2017 02:37

Mosulda 14 polis əməkdaşı partlayışın qurbanı olub

30 Aprel 2017 02:29

Fransadakı beynəlxalq konfransda Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına toxunulub

30 Aprel 2017 02:22

Doşab inanılmaz dərəcədə faydalıdır

30 Aprel 2017 02:14

Qurban Qurbanov “Qarabağ”ın yay planlarını açıqladı

30 Aprel 2017 02:04

Təl-Əvivdə şou-rum - FOTO

30 Aprel 2017 01:32

Estoniyada 5 min ev işıqsız qalıb

30 Aprel 2017 01:29

Yeni nəsil elektrik maşınlarının istehsalı çətinləşir

30 Aprel 2017 01:18

Şəhriyar Məmmədyarov Vüqar Həşimovun xatirə turnirində ilk məğlubiyyətlə üzləşib

30 Aprel 2017 01:02

Məşhurlar uşaq əmizdirərkən

30 Aprel 2017 01:00

Xaçmazda yanğın olub

30 Aprel 2017 00:55

Maşın 11 yaşlı uşağı vurub komaya saldı

30 Aprel 2017 00:49

"Bavariya"dan ardıcıl 5-ci çempionluq

30 Aprel 2017 00:48

Kubada hərbi təyyarə qəzaya uğradı

30 Aprel 2017 00:47

Polis müştəri saç ustası tərəfindən döyüldü

30 Aprel 2017 00:31

Türkiyədə "Wikipedia"ya giriş bağlanıb

30 Aprel 2017 00:22

İntihara əl atan qadını polis xilas etdi

30 Aprel 2017 00:16

Polad Bülbüloğlu bu ölkənin xalq artisti oldu

30 Aprel 2017 00:09

Astroloji proqnoz - 30 aprel

30 Aprel 2017 00:08

Əyləncənin "dozası"nı qaçıranda belə olur

30 Aprel 2017 00:07

“Əgər Ermənistanın belə silahları vardısa döyüşü niyə uduzurdu?...” LONDONDAN ERMƏNİLƏRƏ SUAL

30 Aprel 2017 00:05