Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Özcan Dəniz 19 yaşlı aktrisa ilə sevgili olması haqda: "Çaşmayın"

Özcan Dəniz 19 yaşlı aktrisa ilə sevgili olması haqda: "Çaşmayın"

Date: 17 November 2016 17:22

Müğənni və rejissor Özcan Dəniz "İkinci şans" filminin qala gecəsində jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, yeni filmində çəkdiyi 19 yaşlı aktrisa Afra Saraçoğluyla sevgili olması haqda suala əsəbiləşib:

"Çaşmayın! Belə şey olar? Bu mövzu daha öncə də pis niyyətli biriləri tərəfindən ortaya atılmışdı. Afra övladımız kimidir. Ayıbdır, belə suallar verməyin".

Özcanın keçmiş sevgilisi, "İkinci şans"da rol alan, lakin ayrıldıqları üçün qala gecəsinə qatılmayan Buse Narcı da bu haqda sosial mediada paylaşım edib:

"Əxlaqımız ehtiraslarımızı idarə edir. Ailə tərbiyəsi almamış, adını qoya bilmədiyim qız nümunəsi..."

Ö.Dənizin 10 il əvvəl məhkəmə ilə ayrıldığı sevgilisi Şəbnəm Şafer isə qala gecəsinə qatılıb. O, filmi bəyəndiyini bildirib.

Milli.Az


Tags:  Özcan Dəniz 19 yaşlı aktrisa sevgili olması haqda Çaşmayın

RƏYLƏR


Top news