"Azərbaycan Dəmir Yolları"nda fövqəladə toplantı keçirilib

"Azərbaycan Dəmir Yolları"nda fövqəladə toplantı keçirilib
17:27 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib. 
ADY-nin Mətbuat Katibliyindən "Report"a daxil olan xəbərə görə, məşqin məqsədi cəmiyyətin mülki müdafiə planlarının operativliyinin araşdırılması, rəhbər heyətə fövqəladə hallar zamanı yaranmış vəziyyətin qiymətləndirməsi, hərtərəfli dərin təhlililin aparılması, əsaslı qərarların qəbul edilməsi, mövcud xəbərdarlıq sxemi əsasında MM qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlər aparılan zaman mülki müdafiə qüvvələrinin fasiləsiz idarə olunmasının öyrədilməsi olub.
Fövqəladə Hallar Komissiyasının sədri (Mülki Müdafiə Qərargahının rəisi), “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov şərti məlumatlar əsasında səhər saatlarında baş verən zəlzələ nəticəsində neft məhsulları ilə yüklü qatarın qəzaya uğraması, 2 vaqon relsdən çıxaraq aşması nəticəsində neft məhsulunun Kür çayına axması, Hacıqabul stansiyasının, vaqon deposunun, Yanacaq təminatı məntəqəsinin və Marşrut rele mərkəzi inzibati binalarının uçması və yanğınların baş verməsi və kimyəvi maddələrlə yüklü qatarın relsdən çıxaraq elektrik qatarının ikinci vaqonu ilə toqquşması hadisələri zamanı rəhbər heyətinin funksional vəzifələrinin dəqiqləşdirilməsi barədə göstəriş verib.
Məşqdə fəlakətin nəticələrini aradan qaldırmaq üçün Yük daşımaları Departamenti, İnfrastruktur Departamenti, Yanğından mühafizə və Fövqəladə Hallar Qatarının, Həkim-Sanitar Xidmətinin, İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələrinin qəza-bərpa vasitələrinin və digər vasitələrin hazırlıq vəziyyəti və hadisə yerində işlərin ardıcıllığının müəyyən edilməsi müzakirə edilib.
Mülki müdafiə məşqi başa çatandan sonra məşqin nəticələri təhlil olunub. 



Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-demir-yollari-nda-fovqelade-toplanti-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR