Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Fənərbağça" - "Qalatasaray" derbisinin hakimləri açıqlanıb

"Fənərbağça" - "Qalatasaray" derbisinin hakimləri açıqlanıb

Date: 17 November 2016 17:32

Bakı. 17 noyabr. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasının XI turunda "Fənərbağça" və "Qalatasaray" arasında keçiriləcək matçın hakimləri açıqlanıb. "Report"un məlumatına görə, oyunu FİFA referisi Cüneyt Çakır idarə edəcək.
Ona Bahattin Duran və Tarık Onqun kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi Halis Özkahya olacaq. Bu, C.Çakırın "Fənərbağça" və "Qalatasaray" komandaları arasında keçiriləcək derbiyə 10-cu təyinatı olacaq. Amma o, cari mövsümdə ilk dəfə derbi idarə edəcək. 
Qeyd edək ki, noyabrın 20-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.


Tags:  Fənərbağça Qalatasaray derbisinin hakimləri açıqlanıb

RƏYLƏR


Top news