Müdafiə naziri: "Türkiyə SQ-dan 20 mindən artıq hərbçi xaric edilib"

Müdafiə naziri: "Türkiyə SQ-dan 20 mindən artıq hərbçi xaric edilib"
17:32 17 Noyabr 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələrindən xaric edilmiş şəxslərin sayı 20 min nəfərdən artıqdır. 

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Parlamentində çıxışı zamanı ölkənin müdafiə naziri Fikri İşıq deyib.

F.İşıq bildirib: "Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan Fətullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində ümumilikdə 20088 hərbçi Silahlı Qüvvələrədn xaric edilib".

Müdafiə nazirinin sözlərinə görə, xaric edilən hərbçilərin 16423 nəfəri kursant olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR